Qafqazinfo saytı 04.09.2020-ci il saat 14:37-də yayımladığı xəbər Azərbaycan cəmiyyətini silkələdi:
https://qafqazinfo.az/news/detail/qurban-memmedova-bexsis-edilen-mulklerin-siyahisi-297390
Bu qalmaqallı yazıdan sonra Ramiz Mehdiyev və Əli Həsənovun yaratdığı xəyanət şəbəkəsi haqqında televiziyalar, xəbər saytları və araşdırma yazılarının şahidi olduq.
Lakin yuxarıda qeyd etdiyimiz xəbərin girişində önəmli bir məqam diqqətimizi xüsusilə cəlb etdi.
Yazıda deyilir ki, “Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib”.
Görəsən, Qurban Məmmədova və 5-ci kolonun bir çox başqa üzvlərinə səxavətlə xidmət edən Nurlan Həsənov kimdir? Mətbuatda onun haqqında ayrı-ayrı dövrlərdə yazılmış xəbərlərə istinad etsək aşağıdakı mənzərə ortaya çıxır:
Milyarder legioner, sadə icra hakimiyyəti işçisi, kriminal aləmin təmsilçisi, yoxsa Eldar Mahmudovun agenti?
Nurlan Həsənovun ilkin 500 000 dollar kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasından qazandığı istintaqa illər öncədən məlum idi.
Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirildi. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı.
Eldar Mahmudovla Nurlan Həsənovun münasibəti o qədər doğmalaşmışdı ki, Eldar Mahmudov öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etmişdi. Nurlan Həsənov isə bu “qardaşlıq” qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində bu günkü dəyəri 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi.
Bu yaxında isə Eldar Mahmudovun illərlə gizlətdiyi sirlərin bir hissəsi açılmağa başladı. Belə ki, Nurlan Həsənovun və Abdin Fərzəliyevin əməlləri, o cümlədən İstanbulda Əli Həsənovla görüşərək Azərbaycan hakimiyyəti əleyhinə xain planlar qurmaqları ifşa edildi. Öncədən Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi iddia edilsə də, indi onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi ortaya çıxır.
2 gün əvvəl Abdin Fərzəliyev və Nurlan Həsənovun İstanbul görüşləri yarımçıq saxlanılır və onlar xüsusi təyyarə ilə Bakıya gətirilir.
Hal-hazırda istintaqa cəlb edilən Nurlan Həsənovun illər boyu Nərimanov rayonu ərazisində torpaq satışı və sərəncamlardan aldıqları rüşvətin və bulaşdığı korrupsiyanın həcmi mümkün olan bütün əndazələri aşmışdır. Nurlan Həsənov isə bütün topladığı sərvəti Əli Həsənovla birgə əldə etdiyini iddia edir. Nurlan Həsənov Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılması hadisəsinin da Eldar Mahmudov və Əli Həsənovun himayəsində baş verdiyi iddia edilir. Burada hadisənin yeganə şahidi Sevinc Babayevanın İstanbulda müəmmalı ölümünü də nəzərdən qaçırmamalıyıq.
Əli Həsənov Nurlan Həsənovla topladığı sərvətin bir hissəsini bu günə qədər gizlətməyə müvəffəq olmuşdur. Lakin heç bir yalan və cinayəti uzun müddət ört-basdır etmək mümkün deyildir. Beləliklə onların yenicə üzə çıxmış gizli səltənətinin bir hissəsini sizə təqdim edirik:
Yaşayış kompleksləri
Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
Bakı şəhərində “Rahatlığın məkanı”– Goldyaşayış kompleksi- 25 blok
Bakı şəhərində Araz 2011 yaşayış kompleksi
Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina
Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar
Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri yaşayış sahəsi. Hər biri 3-5 min kv m
Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
Ziya Bünyadov prospektində 31 ədəd qeyri yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu
Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 kv m ərazisi olan Avto-Qalereya
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)
Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
Azadlıq prospektində inşa edilmiş otel binası
Restoranlar
Fəvvarələr meydanında Cook Zone restoranı
Park Bulvar və Metroparkda Big Chef və fast food restoranlar şəbəkəsi
Nərimanov rayonu, Atatürk parkında Park restoranı
Nərimanov rayonu, Atatürk parkında Beer House restoranı
Nərimanov rayonu, Atatürk parkında Garden restoranı
Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi
Nərimanov rayonunda yerləşən Hamam Kompleksi
Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv m qeyri-yaşayış sahəsi
Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar
Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
Şamaxıda 4 ədəd villa
Novxanıda 2 ədəd villa
Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa
Zavod
İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
Kənd təsərrüfatı
Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
Gecə klubu
Nərimanov rayonunda Las Vegas gecə klubu
Kiçik obyektlər
Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi
Yekun qeyd:
Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. İnanmaq istəyirik ki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz kabineti ilə üz üzə kabinetdə əyləşən Nurlan Həsənovun topladığı 2 milyard manatlıq sərvətdən xəbəri olmamışdır…
Hər halda, son sözü Azərbaycan Respublikasının Korrupsiya ilə mübarizəyə cavabdeh olan qurumları verəcək!
İnanmaq istəyirik ki, oğurlanmış milyardların dövlət büdcəsinə qaytarılacağı gün uzaqda deyil!
Əks halda ehtimal etmək olar ki, bu vəsait əvvəl olduğu kimi, bundan sonra da Azərbaycan hakimiyyəti əleyhinə təbliğata sərf ediləcəkdir. //dominant.az//
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024