DİA.AZ: - Neçə müddətdir ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişikliyin olacağı, Səfər Mehdiyevin işdən alınaraq, onun yerinə hazırda DGK-da sədrin müavini postunu tutan və kifayət qədər peşəkar kadr hesab olunan İqbal Babayevin gətiriləcəyi ilə bağlı informasiyalar dövri mətbuatı məşğul etməkdədir. Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatda maraqlı bir fakt açıqlanır.
Mötəbər mənbə iddia edir ki, son vaxta qədər yazılanlara "səbirli" şəkildə reaksiya verən Səfər Mehdiyev artıq konkret addımlara əl atıb və İqbal Babayevin vəzifəsindən alınması üçün hərəkətə keçib.
Xatırladaq ki, keçən həftə verdiyimiz informasiyada İqbal Babayevə DGK daxilində sədrin etimadının azaldığının aşkar şəkildə hiss olunduğunu qeyd etmişdik. Məlumatlı mənbə dia.az-a bildirir ki, Səfər Mehdiyev artıq məsələ ilə əlaqədar "yuxarılara" ismarıc yollayaraq İqbal Babayevlə uzun müddətə bir yerdə ola bilməyəcəyini çatdırıb.
Xatırladaq ki, zamanında hazırki Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov tərəfindən yetişdirilən, sonradan isə ona asi olan Səfər Mehdiyev "arxadan vurulan bıçaq zərbəsinin", xəyanətin nə demək olduğunu, nələrə mail ola biləcəyini gözəl anladığından hazırda böyük əndişə içində baş verə biləcəkləri önləməyə çalışır. Onun "yuxarılara" ünvanlanan "mən İqbal Babayevlə uzun müddətə işləyə bilmərəm" ismarıcının arxasında da məhz bu məqamın dayandığı aşkar şəkildə hiss olunandır.
Xatırladaq ki, ilk başdan bu xəbərlər yayılanda DGK rəhbərliyi belə bir reaksiya ilə - "kimlərsə rəhbərlik arasında etimadsızlıq yaratmağa çalışır" reaksiyası ilə diqqətə gəlmişdi. İndi isə aydın olanı budur ki, vəziyyət heç də kənar müdaxilə ilə gərginləşdirilməyib, əksinə, daxildə bir etimadsızlıq ab-havası mövcuddur.
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024