Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (23-08-2023, 09:26)
Barəsində şikayətlər var idi... işdən çıxardılar: İNDİ DƏ... - BURDA MEYDAN SULAYIR...

 



"12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyirəm. Bu müddətdə bir neçə direktor dəyişib, hamısı da pul alıb dərs verib, amma indiki kimisi olmayıb. 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu.

Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir".

Bu barədə DİA.AZ-a "Evdə fərdi təhsil" məktəbinin müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli BURADA: Sumqayıt təhsilində NƏ BAŞ VERİR? 
 




Vladim İbrahimov

Müraciətin davamında narazı təhsil işçiləri bildirir:

"Direktorun həyat yoldaşı Səidə müəllimə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Buna da razıyıq, bəs onda başqa məktəblərin müəllimlərinə hansı prinsiplə dərs verilir?

Həmin müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, bizim məktəbdə də 16 saat dərs alanda bu 36 saat edir, bu da elə-belə olmur. Eşitdiyimizə görə, kim əlavə dərs saatı almaq istəsə əli cibində olmalıdır. 1 saat dərsin qiyməti isə 80-100 manat arasında dəyişir.

Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aid olacaq. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni regional təhsil idarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç icra hakimiyyəti də söz deyə bilməz.

Xahiş edirik bu məsələni araşdırın, Təhsil nazirliyi məktəbimizlə maraqlansın, düzgün, şəffaf və pulsuz dərs bölgüsü aparılsın..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024