Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (14-12-2022, 17:23)
Cinayətkar şəbəkəni kimlər himayə edir?

 
“Tibbi Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
"Mediatv.az" yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “TM Company 2022” MMC (VÖEN – 1604917901) olub.
“Tibbi Reabilitasiya Mərkəzi” yumşaq inventarın alınması üçün “TM Company 2022” MMC-yə 14 min 933 manat 33 qəpik, cari təmir xərcləri üçün isə 26 min 988 manat 6 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TM Company 2022” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də yerləşir. Qanuni təmsilçisi isə Mehtiyev Tofiq Sultanağa oğludur.
MMC bu ilin oktyabr ayının 7-də dövlət qeydiyyatına alınıb. “Tibbi Reabilitasiya Mərkəzi” isə tenderi noyabr ayının 30-da elan edib. Təxminən 2 ay əvvəl yaranan şirkət təcrübəsi olmadığı halda tenderin qalibi olub.
Tenderlə bağlı diqqət çəkən əsas məqam isə odur ki, “TM Company 2022” MMC -nin qeydiyyatda olduğu ünvanda - “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də qısa müddət ərzində yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
“Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28” ünvanda qeydə alınan şirkətlər dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olurlar.
Bu ünvanda qeydiyyata alınan 2 şirkətin - “JASMİN AZ LTD” MMC və “TERMİNAL AZ” MMC-lərin qanuni təmsilçisi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi ev 87 ünvanında qeydiyyatda olan Yakuşev Stanislav Ələskəroviç adlı vətəndaşdır. Stanislav Yakuşev Yeniavaz.com-a verdiyi açıqlamalarda şirkətlər və keçirilən tenderlərdən xəbərsiz olduğunu bildirib.
Yakuşev Stanislav Ələskəroviçin cinayətkar şəbəkənin toruna necə düşdüyünü aşağıdakı linklərə daxil olaraq öyrənə bilərsiniz:


 
 
 
 
 
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024