Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (1-12-2022, 16:42)
Bir illik şirkət 850 min manatlıq tenderi necə qazanıb?

Sabirabad RİH-də ŞÜBHƏLİ TENDER
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi "MM İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb.Mediatv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 45 968.63 AZN təşkil edən müqavilədə Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "MM İnşaat” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Açıq mənbələrdə "MM İnşaat” MMC və Mirkamal Ağayev barəsində hər hansı məlumat yoxdur. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. "Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Bir ilin şirkəti olan, veb-səhifəsi, əlaqə nömrələrinin olmadığı, barəsində hər hansı məlumata rast gəlinmədiyi "MM İnşaat” MMC-nin bu kriteriyalara cavab verməsi bir qədər şübhəlidir.

Buna baxmayaraq, "MM İnşaat” MMC yarandığı bir il ərzində toplam maliyyə dəyəri 856 581.89 AZN təşkil edən 12 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayənədliyi, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhər Nümayənədliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Beyləqan Mənzil İstismar Sahəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsi, Lənkəran Reabilitasiya Mərkəzi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası, Bakı Neft Energetika Kolleci, Ağsu Rayon Mərkəzi Xəstəxanası və "Azərbaycan Hava Yolları” QSC ilə bağlanıb.

Bu arada qeyd edək ki, Sabirabar Şəhər Nümayəndəliyi 2022-ci ildə abadlıq işləri ilə bağlı 970 134.71 AZN dəyərində 8 müqavilə imzalayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024