Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (22-09-2022, 13:49)
BNA 5 manatlıq şirkətə 160 minlik tender verdi

 Bakı Nəqliyyat Agentliyi (BNA) “N Tensile” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Mediatv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 160 305.83 AZN olan müqavilədə BNA-nın inzibati və köməkçi binalarında təmir, ərazidə yerləşən “Düşərgə” binasında yenidənqurma işlərinin, ofis otaqları üçün mebel dəstlərinin və inventarların satın alınması nəzərdə tutulur.

“N Tnesile” MMC 24 fevral 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol, ev 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev Nail Eldar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Həmçinin şirkətin nə rəsmi veb-səhifəsinə, nə də telefon nömrəsi var.

Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. Yeri gəlmişkən, “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması şərtdir. Bir ilin şirkətinin bu kriteriyalara cavab verməsi inandırıcı görünmür.

Dövlət satınalmaları ilə bağlı vahid elektron portalda “N Tensile” MMC-nin 3 satınalma müsabiqəsində qalib gəldiyi qeyd edilib. Bunlardan ikisini BNA, birini isə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ” ASC keçirib.

BNA-nın iyun ayında bağladığı müqavilədə Bakı şəhəri Suraxanı rayonu Zığ şosesi 95 ünvanında nəzərdə tutulan avtobus dayanacaq parkının ikinci mərhələsinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Göründüyü kimi şirkət kondisioner və digər mallar satan şirkət həm də tikinti işlərini həyata keçirir.

BNA-nın keçirdiyi tenderlərin qeyri-şəffaflığı barədə mediada kifayət qədər materiallar yer alıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
26 09 2022
25 09 2022
25 09 2022
25 09 2022