Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (17-03-2023, 21:44)
Zəngəzur dəhlizi təhlükəsiz olacaqmı? - Sorğu

 Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə qiymətləndirilib.
Mediatv.az xəbər verir ki, sorğu iştirakçılarının 45,6%-i nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasından sonra Ermənistan ərazisindən keçən həm avtomobil, həm də dəmir yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab etdiyini bildirib. Respondentlərin 26,8%-i yalnız dəmir yolu ilə hərəkət etməyi, 10,4%-i yalnız avtomobil yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab edib. Respondentlərin 15,4%-i heç birinin təhlükəsiz və etibarlı olmadığını qeyd edib.
Respondentlərin 70,8%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inanmadığını ifadə edib. Onların 26,0%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inandığını bildirib.
Respondentlərin 64,8%-nin mövqeyinə görə, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olmayacaq. Onların 24,7%-i bu mövqedədir ki, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olacaq. 10,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 43,8%-i nə Avropa İttifaqının, nə də Rusiyanın nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasında vasitəçiliyini effektiv hesab edib. Respondentlərin 32,0%-i yalnız Avropa İttifaqının, 14,1%-i yalnız Rusiyanın vasitəçiliyinin daha effektiv olduğu qənaətindədir.
Respondentlərin 52,1%-i bu mövqedədir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Ermənistan üçün nəfəslik yaradır. Onların 36,5%-i bu fikirlə razılaşmadığını qeyd edib, 11,5%-i fikir bildirməkdə çətinlik çəkib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024