Siyasət (14-03-2022, 14:32)
Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün prinsipial məsələdir - Politoloq

Mediatv.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Azərbaycan və İran arasında Anlaşma Memorandumunun imzalanmasını şərh edərkən bildirib.
O deyib ki, İranla Anlaşma Memorandumunun imzalanması alternativ kommunikasiyaların yaradılması yolunda vacib addımdır, amma bu, Zəngəzur dəhlizinin alternativi deyil: “Zəngəzur dəhlizi təkcə nəqliyyat məsələsi deyil, bu həm də tarix məsələdir. İranla razılaşmanın imzalanması bir növ sırf texniki xarakterli problemlərdən yayınmağa imkan verən şərtlərdir".
Onun sözlərinə görə, əgər ermənilər öz tərəflərindən kommunikasiyaları açmağa tələsmirlərsə, bunu İranla edərik: "Lakin İran ərazisindən keçən yolla, bir vaxtlar azərbaycanlıların məskunlaşdığı və 30 il əvvəl qovulmuş olduqları yaşayış məntəqələrindən keçən yol eyni deyil. Ermənistan tərəfi nə qədər marşrut dəyişsə də, sxem və smetalar üzərində “oynasa da”, bu, qaçılmaz bir şeyin qarşısını ala bilməz. Zəngəzur dəhlizi olacaq və artıq heç kim və heç nə bunun qarşısını ala bilməz”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025