Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (9-09-2020, 11:21)
Goranboyda fermerləri İNCİDƏN KİMDİR? - NARAZILIQ...

 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflıq olmaqla vətəndaşa layiqli xidmət və vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması durur". DİA.AZ bildirir ki, bu sözlər Goranboy rayonu Borsunlu kəndinin sakini Əliyev Ələddin Zirəddin oğlunun müraciətində yer alıb.

Daha sonra narazı vətəndaş yazır: "Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov, Borsunlu kən "Sudan İstifadə Edənlər" Birliyinin sədri İlyasov Xəlil ilə əlbir olub Borsunlu kəndində süni olaraq su qıtlığı yaradırlar. Bu səbəbdən Borsunlu kəndində fermerlər əkin sahələrini və həyətyanı sahələrini suvara bilmirlər. Əgər suvarsan, 1 hektar üçün 20 manat pul ödəməlisən. Heç bir qəbz verilmir, qəbz tələb edən fermerə isə bir daha su verilmir.

Gündüz Bağırovun illərdir davam edən bu özbaşınalıqları haqqında dəfələrlə aidiyyatı orqanlara şikayət etsək də, heç bir nəticəsi olmayıb. Mən ötən il (2019-cu ildə) 3 hektar sahədə taxıl əkmişdim, Gündüz Bağırovun yaratdığı süni su qıtlığı səbəbindən suvara bilmədim. Məndən başqa onlarla fermer bu problemi yaşadılar. Bununla yanaşı, həyətyanı sahəmdə olan 60-dan çox meyvə ağacı da susuzluqdan qurudu.

Bildirmək istəyirəm ki, bu gün ölkə rəhbərinin apardığı siyasətin əksinə olaraq və rayon icra hakimiyyətinin başçısını suyun olmaması ilə bağlı yalan məlumatlarla aldadaraq fermerləri ölkkə və rayon rəhbərliyindən narazı salır.

Goranboyda fermerləri İNCİDƏN KİMDİR?
Goranboyda fermerləri İNCİDƏN KİMDİR?
Goranboyda fermerləri İNCİDƏN KİMDİR?

Goranboyda fermerləri İNCİDƏN KİMDİR?

шаблоны для dle 11.2

Xəbər lenti
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020
29 09 2020