Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-11-2020, 16:41)
UNEC REKTORU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

 Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitet kollektivi adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə MÜRACİƏT edib.
Müraciətdə deyilir:
“Hörmətli Prezident,
Müzəffər Ali Baş Komandan!
Vətənimiz Qarabağda qazanılan şanlı zəfər münasibətilə Sizi və Müzəffər Ordumuzu Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, bu sevinci bizə yaşatdığınız üçün sonsuz təşəkkürümüzü çatdırırıq. 
Məhz, Sizin siyasi iradəniz və qətiyyətli mövqeyiniz, eləcə də rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində 30 ildir işğal altında olan torpaqlarımızda artıq Azərbaycan bayrağı qürurla dalğalanır. Bu elə bir tarixi anlardır ki, hər bir azərbaycanlı alnıaçıq, məğrur bir ölkənin vətəndaşı kimi böyük fəxr hissi keçirir.
Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirdiniz və bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğunu, yenilməzliyini və gücünü bir daha bütün dünyaya sübut etdiniz.
Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyirik. Əminik ki, onların canı və qanı bahasına azadlığa qovuşan Vətən torpağı tez bir zamanda canlanacaq, çiçəklənəcək və nəsildən-nəslə ötürülərək daim qorunacaqdır.
Hörmətli cənab Prezident!
Böyük Qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, bu tarixi anları bizə yaşatdığınız üçün sonsuz təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Allah Sizi qorusun!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
24 11 2020
23 11 2020
23 11 2020