Təhsil (29-06-2022, 12:30)
İmtahandan qovulanlara 2-ci şans verilməlidirmi?
Xəbər verdiyimiz kimi, builki qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İmtahan qaydalarını pozduğuna görə, bir neçə abituriyent prosesdən xaric edilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Bakupost.az -a verilən məlumat görə, II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən 16 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib. I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında isə qaydaları pozan 9 abituriyentin nəticəsi ləğv edilib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qaydaları pozanlara qətiyyən ikinci şans verilməyəcək:
“”Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəman”a çevrilir. Onlar təxminən 10-15 nəfərdir. Elə bir şərait yaradırlar ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini istəyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşir? Bu addımı biləbilə atıblar və onların artıq bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur. Qaydalarda belə qeyd edilib”.
DİA.AZ-ın məlumatına görə, məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a açıqlamasında deyib ki, hər il imtahan öncəsi DİM tərəfindən abituriyentlərin imtahan zamanı riayət etməli olduğu qaydalar barədə öncədən məlumat verilir.
Təəssüf ki, hər il də bu qaydaları pozmağa çalışan abituriyentlər olur və bu il də oldu. Ancaq bu abituriyentləri qəbul imtahanlarının ikinci cəhdinə buraxmamaqla cəzalandırmaq düzdün deyil:
“İmtahan qaydaları pozanlara ikinci şans verilməlidir. DİM bu abituriyentlərə ikinci şansı verməməklə onların təhsil almaq hüququnu pozmuş olur”.
Təhsil eksperti hesab edir ki, bununla bağlı müvafiq addımlar atılmalıdır:
“İmtahan öncəsi yoxlanış prosesini, nəzarəti daha da gücləndirmək lazımdır. Diqqət edilməlidir ki, abituriyentlər imtahana telefon, ağıllı saat və digər köməkçi vasitələr keçirməsin”.
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əgər abituriyent imtahandan kənarlaşdırılıbsa, deməli həmin şəxs imtahana özləri ilə ya mobil telefon gətiriblər, ya da ağıllı saatdan istifadə ediblər. Bu, bir növ köçürmə hallarına yol vermək kimi qiymətləndirilir:
“İmtahandan kənarlaşdırılan şəxsin imtahan nəticələri də DİM tərəfindən ləğv edilib. Yəni onun ali məktəbə qəbul olmaq üçün ancaq bir şansı qalıb. Qaydaları pozmaqla abituriyentlər düzgün etməyiblər.
Bu yolverilməz haldır. Ancaq buna baxmayaraq mən, onların ikinci imtahana buraxılmalarının tərəfdarıyam. Hesab edirəm ki, abituriyentin zəhmətini yerə vurmaq, yaxud xəyallarını puça çevirmək doğru deyil. Bu abituriyentlər içərisində oğlan abituriyentlər var ki, çağırış vaxtları çatıb. Əgər ali məktəbə qəbul ola bilməsələr hərbi xidmətə yollanacaqlar. Ola bilər ki, onlardan kimsə hərbi xidmətə getsin və qayıtdıqdan sonra bir daha təhsilə davam etmək fikrində olmasın. Qızlar isə təhsil almaq şansını itirdiyi üçün ailə qurmağı seçsin. Buna görə də DİM tərəfindən komporomisə getmək daha məqsədəuyğun olardı".
E. Əfəndi deyir ki, imtahan qaydalarını pozan abituriyentlərə ikinci şansı vermək növbəti qəbul ilində sui-istifadə hallarının artması ilə nəticələnə bilər:
“Əgər DİM bu il imtahandan çıxarılmış abituriyenti ikinci cəhddə imtahana buraxsa, növbəti il bu say sözsüz artacaq. Onlarda arxayınlıq yaranacaq ki, birinci imtahandan qovulsalar da, ikinci imtahanda prosesə buraxılacaqlar. Belə olan halda mənfi nəticələr olacaq. Buna görə də, mən bu kimi halları nəzərə alıb, DİM-in qərarına dəstək verirəm. Yaxşı olar ki, hər bir abituriyent öz bilik və bacarıqlarına güvənsin.
Axı bilikli, hazırlıqlı abituriyentin tələbə adı qazanmaq şansı var. Bu şansdan səmərəli istifadə etmək lazımdır. Hesab edirəm ki, bu gün əgər biz neqativ hərəkətlərə əl atacağıqsa, gələcəkdə abituriyent çalışdığı sahə üzrə, təbii ki, korrupsiya və rüşvətə, qanun pozuntulara meyl edəcək. Biz əgər sağlam vətəndaş cəmiyyətini formalaşdırmaq istəyiriksə, ilk növbədə bu cür məqamlara diqqət yetirməliyik.
Çalışmalıyıq ki, gənclər indidən qaydalara riayət etsinlər. Bu nöqteyi-nəzərdən DİM-in qərarından razıyam və dəstəkləyirəm".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov qeyd edib ki, elə test sualları var ki, abituriyent onun illərlə də hazırlaşsa cavablandıra bilməz, çox çətindir. Hər uşağın da səviyyəsi eyni deyil. Abituriyent var ki, hazırlaşıb gedib imtahanda nəticə göstərə bilir. Eləsi də var ki, çətin, ağır imtahan suallarını cavablandıra bilmir:
“İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər. Uşağı çətinə, dolaşığa salmaq lazım deyil ki, o da məcbur qalıb qaydaları pozsun”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024