Təhsil (17-06-2022, 10:12)
Tibb ixtisası xaricdə təhsil üzrə dövlət proqramından NİYƏ ÇIXARILDI?

Həmsöhbətimiz bildirib ki, İctimai Şura olaraq bu məsələni gündəmə gətirmək, məsələnin Nazirliyə çatdırılmasında təşəbbüs göstərə bilərlər: “Bu məsələdə təkcə Təhsil Nazirliyi yox, Maliyyə Nazirliyi, Nazirlər Kabineti də iştirak edir. Əgər bu, sosial sifarişdirsə, biz öz öhdəmizə düşəni edə, Nazirliklə bu barədə çox açıq müzakirələr apara bilərik”.
Sədrin sözlərinə görə, bu barədə onlara hansısa müraciət daxil olmayıb: “Bizim Şuraya bu barədə müraciət daxil olsaydı, müzakirəyə çıxarardıq. Biz də bir neçə nəfərin sosial mediadan bu barədə paylaşımını görmüşük, amma geniş sosial tələb olmayıb”.
“Biz bu məsələni müzakirəyə çıxara bilərik. Lakin əməl olunub-olumayacağı haqda fikir söyləmək çətindir. Büdcə də buna imkan verməlidir. Daha çox əhatəlilik önəmlidir, yoxsa individual yanaşma? Bu kimi suallar var. Lakin mən də razıyam ki, bizə çox yaxşı mütəxəssislər lazımdır”, - deyə Səfərova fikrini yekunlaşdırıb.
Xaricdə təhsil üzrə eskpert Nigar Rüstəmova isə AYNA-ya açıqlamasında söyləyib ki, tibb ixtisaslarının xaricdə təhsil proqramına salınmaması bir çox gəncin narazılığına səbəb olub: “Digər ixtisaslar kimi, tibbi sahəsinin də dövlət proqramına salınması gözlənilsə də, biz tamamilə əksinə gördük. Səbəbinə gəlincə, səlahiyyətli şəxslər dünyanın bir çox ölkələrində tibb təhsili üzrə magistratura səviyyəsinin olmadığını əsas gətirirlər. Bildirilir ki, tibb təhsilinin uzunmüddətli olması, eləcə də maliyyəsinin yüksək olması bir sıra problemlər yaradır. İlk baxışdan bu səbəbləri anlamaq və təhlil etmək olar. Lakin xaricdə tibb təhsili istəyən gəncləri də düşünmək lazımdır”.
Mütəxəssis vurğulayıb ki, maddi vəziyyəti xaricdə tibb üzrə təhsil almağa imkan verməyən gənclərin də arzularını nəzərə almaq lazımdır: “Gəlin, etiraf edək ki, gənclərin heç də hamısı öz vəsaitləri hesabına xaricdə təhsil ala bilməz. Doğrudur, maddi vəziyyəti yüksək olan şəxslər dünyanın aparıcı ali təhsil müəssisələrində oxumaq imkanı əldə edə bilirlər. Lakin imkansız gənclər bu imkandan məhrumdurlar. Onların da arzu və istəklərini nəzərə almaq, dəyərləndirmək mütləqdir”.
“Hesab edirəm ki, dövlət bu məsələdə də vətəndaşlarımızın istəklərini nəzərə alaraq, yaxın gələcəkdə yeni layihə irəli sürəcək. Nəzərə alsaq ki, bu gün ölkəmizdə savadlı, peşəkar, dünya təcrübəsinə malik olan həkimlərimizin sayı o qədər də çox deyil. Xüsusən də bölgələrimizdə ciddi həkim çatışmazlığı problemi yaşanır. Bu baxımdan bilikli gənclərin tibb ixtisası üzrə xaricdə təhsil almasına şərait yaradıb, onların qazandıqları təcrübədən şəhər və rayonlarımızda yaranlana bilərik. Bunu həyata keçirə bilsək, vətəndaşlarımızın bölgələrdən Bakıya axın etməsinə ehtiyac olmayacaq. Onlar öz sağlamlıqlarını dünyanın nüfuzlu universitetlərində təhsil almış həkimlərə qorxmadan etibar edəcəklər. Nəticədə həm də səhiyyə sahəsində inkişafın şahidi olacağıq”, - deyə Rüstəmova qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025