Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (31-05-2022, 18:30)
Azərbaycanda 30 min tələbənin narazılığına məhəl qoyulmadı

 Universitetlərdə dövlət imtahanlarının keçirilməsinə sonuncu kurs tələbələri etiraz edib.

Universiteti bitirmək üzrə olan məzunlar dövlət imtahanının ləğvini tələb ediblər. Sosial şəbəkələrdə bu kampaniyaya 30 mindən çox tələbənin qoşulduğu deyilir. Onlar tədris aldıqları müddətdə koronavirus pandemiyası ilə əlaqədar bəzi semestrlərin distant, bəzilərinin əyani keçdiyini əsas gətirirlər. Dövlət imtahanının ləğvini istəyən tələbələr məsələnin həlli üçün Təhsil Nazirliyinə də müraciət ediblər. Nazirlik bununla bağlı açıqlama yayıb:

““Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu sənədə əsasən (bənd 7.4) ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir”.

Bəs ayrı-ayrı universitetlərdə vəziyyət necədir? Onlar da tələbələr dövlət imtahanının ləğvini istəyirlərmi? "Mediatv.az"-ın məlumatına görə, mövzuya münasibət bildirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sözçüsü Bəhruz Nəzərov Cebhe.info-ya bildirib ki, tədris ili əyani olduğu üçün buna ehtiyac yoxdur:

“Dövlət imtahanının ləğvini tələb edən tələbələrin sayı çox deyil. Ümumiyyətlə, dövlət imtahanı ləğv oluna bilməz. Təhsil standartlarına görə, tələbə məzun olmadan öncə təhsilini başa vurduğu barədə dövlət attestasiya komissiyasının qarşısına çıxmalıdır. Bu, iki halda olur. Birinci, buraxılış işini müdafiə edə bilər və yaxud dövlət imtahanı verməlidir. Bu ikisindən biri olmadan dövlətin təqdim etdiyi diplomu ala bilməsi qeyri-mümkündür. Koronavirus pandemiyası ilə əlaqədar istisna hal olmuşdu. Yəni ixtisas fənləri üzrə dövlət imtahanı yox, ümumi orta müvəfəqiyyət göstəricisi əsas götürülüb. İndi 2021-2022-ci tədris ili bütövlüklə əyani şəkildə keçib, hər hansı məhdudiyyətlər olmayıb. Ona görə də tələbə təhsil standartlarına uyğun olaraq dövlət attestasiya komissiyanın qarşısına çıxıb ya buraxılış işini müdafiə etməli, ya da dövlət imtahanı verməlidir ki, diplom alsın. Dövlət Attestasiya Komissiyasının sədri nazir tərəfindən təyin olunur, üzvləri isə bu və digər universitetlərin rektorunun əmri ilə müəyyənləşir”.

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Namazova deyib ki, universitetlər verilən qərara tabedir:

“Dövlət imtahanları keçirilir. Bu, universitetin qərarı deyil, hökumət tərəfindən verilən rəsmi qərardır. Ali məktəblər də buna tabedir. Artıq imtahanlar başlayıb, imtahanların ləğvi ilə bağlı heç nə deyə bilmərik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva deyib ki, bu təhsil müəssisəsində narazı tələbə yoxdur:

“Mən də eşitmişəm ki, tələbələr narazılıq edir, bizim universitetdə isə tələbələrin dövlət imtahanından narazı olduqlarını, ləğv edilməsini istədiklərindən xəbərsizəm”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024