Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-04-2022, 15:57)
İmtahanlar DİM-dən alınıb Təhsil Nazirliyinə verilir? - AÇIQLAMA

 Bir neçə gün öncə professor Şahlar Əsgərov imtahanların Dövlət İmtahan Mərkəzindən alınıb Təhsil Nazirliyinin öhdəliyinə verilməsini təklif edib. O, bunu təhsil sahəsində tətbiq edilən imtahan prosesində köklü dəyişikliyə ehtiyac olması ilə əsaslandırıb.

Maraqlıdır, imtahanların təşkili adıçəkilən nazirliyə tapşırıla bilərmi? Bununla imtahanlarla bağlı mənfi halların aradan qaldırılması mümkündür?
Mediatv.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan təhsil məsələləri üzrə ekpsert Ramal Şəmşədli buraxılış imtahanlarının kim tərəfindən təşkil edilməsinin bir o qədər də əhəmiyyətli olmadığını deyib:

"İmtahanların təşkilinin Təhsil Nazirliyinə verilməsinin, yaxud da DİM-in imtahanları təşkil etməsinin gənclər, təhsil sektoru üçün əhəmiyyəti yoxdur. İmtahanlar hansı səbəblə Təhsil Nazirliyinə verilməlidir? Nazirliyin yaxşı təklifi varsa, hansı səbəbdən indiyədək DİM-lə birgə işləməyiblər? Yaxud da indiyədək olan problemlər birgə həll edilmədiyi halda, belə bir təklifin irəli sürülüməsi də qəribədir. Bu zaman belə nəticə ortaya çıxa bilər ki, Təhsil nazirliyi və DİM bir-birinə zidd qaydada çalışır”.

Ekspert abituriyentlər üçün əsas məsələnin növbəti il təşkil olunacaq yeni növ imtahanlarda tətbiq ediləcək sualların çətinlik indeksi olduğunu deyib:

"Ümumrespublika üzrə keçirilən buraxılış imtahanında cəmi 2 şagirdin 300 bal toplaması acıqnacaqlıdır. Təhsil Nazirliyi və DİM bu problemin nədən qaynaqlandığını araşdırmalıdır, çıxış yolu təqdim edilməlidir. Əsas məsələ imtahanların hansı şəkildə təşkil edilməsidir. Əgər bu gün bizim şagirdlərimiz imtahanlardan, dərslərdən əziyyət çəkirsə, hər iki qurum bir araya gəlib müzakirə aparmalıdır, qarşı-qarşıya gəlmək lazım deyil. Mən düşünürəm ki, bu səbəblə imtahanları hansı qurumun təşkil etməsininin önəmi yoxdur. Şagirdlər üçün əsas məsələ imtahanlarda hansısa güzəştlərin olması və yeni imtahan növlərində hansı yeniliklərin tətbiq olunmasıdır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024