Təhsil (Bu gün, 15:19)
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, MÜTDA rəhbəri E.Bağırov Emin Əmrullayev və Elnur Əliyevin tapşırığına əsasən inzibati binaya buraxılmır. Halbuki E.Bağırov bu həftə artıq vəzifə başında olmalı idi:
“Elm və Təhsil Nazirliyində illərdir bir neçə qruplaşma funksional vəzifələri ələ keçirmək uğrunda mübarizə aparır. Bunu artıq bütün cəmiyyət də, təhsil camiyyəsi də açıq-aşkar görür. Orada əsas qruplaşma Emin Əmrullayevin biznes şəriki Təhsil İnstitunun direktoru Elnur Əliyevlə bağlıdı. Elnur Əliyev ilk addığı addım Təhsildə Kefiyyət Təminat Agentliyini ələ keçirmək oldu. Çünki bu agentlik vasitəsi ilə məktəb inspeksiyaları və s bir sıra layihələr həyata keçirilir ki, oradan küllü miqdarda pul vəsaitlərinin silinməsi də mümkündür.
Daha sonra isə Məktəbəqədər və Ümum Təhsil Dövlət Agentliyinə müavinlər və şöbə müdirləri vəzifələrinə öz adamlarını yerləşdirdi. Və azlıqda qalan bir qrup vardır ki, onlar da Elnur Nəsibov və Ceyhun Kərəmov idi. Onlar da sıradan çıxarıldıqdan sonra artıq “AzQranata” Şərabçılıq Zavodundan növbəti bir kadr gətirildi Təhsilin İnkişafı Fonduna. Tezliklə yəqin ki “AzQranata”dan başqa bir kadr da Peşə Təhsili İdarəsinə gəririləcək. Son vaxtlarda Elm və Təhsil Nazirliyində funksional vəzifələrə “AzQranata”dan işçilər, kadrlar gətirilir. Bu sevgi haradandır, niyə məhz bu zaviddan, məlum deyil”.
E.Qafarov bildirib ki, Eşqi Bağırovun da MÜDTA-ya buraxılmaması ilə bağlı xəbərlər yayılmaqdadır:
“Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəhbəridir. İndi təsvir edin, ölkə üzrə məktəblərin tarifikasiyaları təsdiq olunmayıb və yüzlərlə məktəblərdə müəllim vakansiyaları var, yüzlərlə məktəbdə dərslər keçirilmir, cədvəllər hazır deyil, bölgü tamamlanmayıb. Xüsusi ilə də Lerik, Yardımlı dağlıq ərazilərdə bağlanan məktəblərdə şagirdlərinin tədrisə cəlb olunması problemi hələ də qalıb. Artıq tədris ilinin 5-ci həftəsidir və həmin ərazilərdə dərslər guya onlayn keçirilir. Çünki bir kənddən digər kəndə uşaqların aparılması və onların məktəbə davamiyyəti təmin edilə bilmir. Guya müəllimlər dəsi onlayn keçirlər və əcaib vəziyyət yaranıb. Bu ərəfədə də Eşqi Bağırov artıq 10 gündür ki, məzuniyyət adı ilə işə buraxılmır.
Eyni metod vaxtı ilə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevə qarşı da yönəldilmişdi və onu nazirliyə buraxmırdılar. Eyni şeyi indi də Eşqi Bağırova qarşı edirlər. Hazırda E.Bağırov MÜDTA-ya buraxılmır.
Əslində Eşqi Mağırovun məzuniyyət müddəti bu həftənin birinci günü bitmişdi və ayın 1-dən işə qayıtmalı idi. Amma görünən odur ki, Emin Əmrullayev və Elnur Əliyevin tapşırığına əsasən MÜTDA-nın rəhbəri inzibati binaya buraxılmır. Ona görə də Eşqi Bağırov işə çıxa bilmir. Görünən odur, Eşqi Bağırovun üstündən xətt çəkiblər artıq. O, artıq defakto olaraq işdən çıxarılmış sayılır. Tezliklə MÜDTA-ya “AzQranata” Şərabçılıq Zavodundan yeni kadr göndəriləcək. Necə ki, Təhsilin İnkişaf Fonduna göndrildi. Vəziyyət o yerdədir ki, bu gün təhsil sahəsində dövlətin təhsil siyasəti tamamilə bir kənarda qalıb. Orada funksional vəzifələr uğrunda müharibə gedir. Bu müharibənin növbəti qurbanı da Eşqi Bağırov olacaq. Yaxın günlərdə E.Bağırovun işdən azad olunması ilə bağlı xəbərlərin yayılacağını gözləyirik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025
15 10 2025