Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Dünən, 11:30)
Bakıda daha bir orta məktəbdə gərginlik... - direktor müəllimin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir

 

Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbdə rəhbərliklə müəllim arasında gərginlik yaşanır. Vəziyyət o həddə çatıb ki, tərəflər bir-birini cəzalandırmaq üçün prokurorluğa, məhkəməyə şikayət edir.

Bizimyol.info xəbər verir ki, 257 saylı tam orta məktəbin direktoru olan Ruslan Nağıyev rəhbərlik etdiyi təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyat müəllimi olan Arzu Hüseynovanın Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Direktor bunun üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

Ruslan Nağıyev 2024-cü ilin oktyabrında bu məktəbə direktor təyin edilib. Onun sözlərinə görə, məktəbdə kollektivlə ilk görüşdən Arzu Hüseynova heç bir əsas olmadan gərginlik yaradıb, ona qarşı qeyri-adekvat münasibət göstərib. Yaşını nəzərə alaraq, onunla münasibətləri yoluna qoymaq istəsə də, cəhdləri nəticəsiz qalıb: “Heç bir əsas olmadan mənə qarşı ciddi ittihamlar səsləndirməyə başladı. Guya onu iclasda təhqir etmişəm. Halbuki, belə hal olmayıb. İlk iclasda mən zalda əyləşənlərin kim olduğunu bilmirdim. Onun haqqında müəyyən araşdırma apardım, məlum oldu ki, kollektiv üzvləri ilə tez-tez münaqişələri olur”.

Direktorun sözlərinə görə, məktəbin 7-ci sinfində baş vermiş problemlə əlaqədar Arzu Hüseynova ilə aralarında növbəti gərginlik yaşanıb.

Arzu Hüseynova müəllimlərin qarşısında direktorun onu vurduğunu bildirib. Daha sonra eyni məzmunlu ərizə ilə polisə şikayət edib. Oradan da ərizə prokurorluğa göndərilib. Lakin direktorun haqqında cinayət işi başlanması rədd edilib.

Arzu Hüseynova şikayətində həmçinin direktoru həmçinin korrupsiyada – dərs saatlarını rüşvətlə müəllimlərə satmaqd

Ruslan Nağıyev iddia edir ki, bütün bunlarla müəllim onu təhqir edib, böhtan atıb.

Müəllim Arzu Hüseynova məhkəmənin hazırlıq iclasında direktorun onunla bağlı verdiyi iddiaya münasibət bildirərkən şikayətin icraata götürülməsinə etiraz edib. O bildirib ki, Ruslan Nağıyevin şikayəti əsassızdır.

Məhkəmə məktəb direktorunun şikayətini icraata götürüb araşdırmaqdan imtina edib. Hakim qərarında göstərib ki, direktorun iddia ərizəsi qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, bu səbəbdən icraata götürülə bilməz.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
7 10 2025
7 10 2025