Təhsil (Bu gün, 16:04)
Tələbələrdən kütləvi NARAZILIQ: “Agentliyin imtina qərarları qeyri-qanunidir”

Bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir. Musavat.com xəbər verir ki, onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir.
Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib. Tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun gəlməyən əsaslarla izah edilir.
Xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki məsələ ilə bağlıdır:
- Kredit sayı bəhanəsi ilə imtina.
- YÖS imtahanı ilə bağlı absurd arqumentlər.
Tələbələrin və valideynlərin əsas narazılığı ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir. Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir. Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.
Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a şərh verib: “Diplom məsələsi süni şəkildə mürəkkəbləşdirilib. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müqaviləsi var, diplomların qarşılıqlı tanınması mövcuddur. Əgər bu şəxs Türkiyənin rəsmi qeydiyyatından keçmiş universitetində təhsil alıbsa, diplom əldə edibsə və onu qeydiyyatdan keçiribsə, bu diplom avtomatik olaraq tanınmalıdır. Əgər ‘tanımırıq’ deyirlərsə, bu artıq qeyri-qanunidir. Eyni qayda Rusiya və Qazaxıstan üçün də tətbiq olunmalıdır.
Bu gün dünyada hər yerdə distant təhsildən istifadə olunur. Biz isə bu sahədə 50 il geridəyik. Distant təhsildə sərhədi keçmək lazım deyil. Bizim məmurlar deyirlər ki, ‘sən sərhədi keçməmisən, sənin diplomun qüvvədə deyil’. Əgər sərhədi keçəcəkdisə, distant formada niyə oxuyurdu ki? Distant təhsil həm ucuzdur, həm yol xərci olmur, həm də kirayə pulu tələb etmir. Hər baxımdan vətəndaş üçün əlverişlidir. Bu gün ölkəmizdə təhsil haqlarının bahalaşmasından danışırıq. Əgər vaxtında distant təhsili inkişaf etdirib, onun xidmətlərini təqdim etsəydik, bu gün ali təhsilin qiyməti 3-4 dəfə daha ucuz ola bilərdi”.
Qeyd edək ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət etmişik, cavablandırıldığı təqdirdə yayımlanacaq.
Afaq Mirayiq,
Musavat.com

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
22 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025
21 08 2025