Sosial (9-01-2015, 11:20)
Bakıda bu yollar buz bağladı
Artıq buzlu yollar bəzi qəzaların baş verməsinə səbəb olub
Sinoptiklərin proqnozu özünü doğrultdu. Qar axşama doğru özünü göstərməyə başladı. Artıq buz bağlayan yollar da var, yollarda hərəkətsiz qalan avtomobillər də.
"Mediatv.az" ANS TV-yə istinadən xəbər verir ki, bu gündən ölkədə müşahidə olunan kəskin soyuq hava şəraiti artıq paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Əsas magistrallardan sayılan Bakı-Sumqayıt və Bakı Dairəvi Yolunda hərəkət demək olar ki iflic olub. Çovğun səbəbilə Bakı Dairəvi Yolunun bəzi hissələrində asfalt örtük buz bağlayıb.
Bakı Dairəvi Yolunun bəzi enişlərində demək olar ki, artıq hərəkət məhdudlaşıb. Və bu da yolda bəzi qəzaların baş verməsinə də səbəb olub.
Güclü qarla bağlı Dairəvi Yoldan Biləcəri və Badamdar qəsəbəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri yolda qalıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından da Badamdar şosesinə doğru yol hərəkətsizdir. Yoxuşu qalxmaqda çətinliklə üzləşən bəzi nəqliyyat vasitələrinə isə yoldan keçən insanlar kömək edirdi.
“Azəryolservis” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, artıq bu saatlardan şəhərin əksər küçələrində yolun təmizlənməsinə başlanılıb. Ümid edək ki, sabah paytaxtda bu kimi problemlər yaşanmaz.
VIDEO
<iframe width="640" height="405" src="//www.youtube.com/embed/WMcFFVZvEA8" frameborder="0" allowfullscreen></iframe>

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025