Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-12-2014, 21:30)
"Darıxanda Vasif Talıbovu görüb gəlirəm..." - İcra başçısı

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev virtualaz.org saytının suallarını cavablandırıb.
 
Mediatv.az icra başçısı ilə həmin müsahibənı ixtisarla təqdim edir: 
- Siz də məlumatlısınız ki, son zamanlar ölkədən Suriyaya döyüşməyə gedənlər var. Mətbuatın da yazdığı kimi, radikal dini təriqətlərə qoşularaq ölkəni tərk edənlər arasında şimal bölgəsindən olanlar üstünlük təşkil edir. Rayonda bu cür halların qarşısının alınması üçün hansı işlər görülür? Bu hadisələri başçılıq etdiyiniz rayon üçün təhlükə hesab edirsinizmi?
- Son bir ay ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanılının da iştirakı ilə rayonumuzda üç dəfə geniş tərkibli müşavirə keçirilib. Ciddi müzakirələr aparılıb. Ümumi rayon üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub. Lakin onlardan 3-4 nəfəri daha radikaldır. Sizə deyim ki, bu cür halların rayonumuz üçün, ümumiyyətlə, ölkəmiz üçün heç bir təhlükəsi ola bilməz. Çünki hüquq-mühafizə və müvafiq dövlət orqanları bu məsələni ciddi nəzarətdə saxlayır, bütün lazımi tədbirlər görülür. Ümumiyyətlə, gənclərin, bu cür radikal təriqətlərə meylli olanların maarifləndirilməsi istiqamətində də işlər görülür.
- Bəzən mətbuatdan izləyirik ki, bu cür radikal təriqətlərə qoşulan şəxslərin valideynləri onların geri qaytarılması üçün dövlətdən kömək istəyir, icra hakimiyyətlərinə, müvafiq qurumlara müraciət edir. Sizə bu cür müraciətlər edilibmi?
- Yox. Bu cür hallarla rastlaşmamışam. Rayonumuzdan bu cür təriqətlərə qoşularaq ölkəni tərk edənlər çox azdır. Son zamanlar bu cür hadisələrdən biri Xudatda baş vermişdi. Səhv eləmirəmsə, bir nəfər radikal təşkilatlardan birinə qoşularaq getmişdi.
- Sizin fəaliyyətinizlə bağlı mətbuatda tənqidi yazılar da yer alır. Buna necə reaksiya verirsiniz?
- Kim nə istəyirsə, onu da yazsın. Biz nə iş görürüksə, hamısı göz qabağındadır. Bəzən sonunu gözləmədən, araşdırmadan yazı yazırlar. Babəkin heykəlini Xudatdan rayon mərkəzinə gətirdik. Yazdılar ki, icra başçısı Babəkin heykəlini sökdürdü. Halbuki həmin heykəl hazırda rayon mərkəzindədir. Bundan başqa, Koroğlunun, Xətainin, Cavanşirin də heykəlləri rayon mərkəzindədir. Biz qəhrəmanlarımızın heykəlinin rayonumuzun mərkəzində qoydurmuşuq. Bunu hər ölkədə eləmək mümkün deyil. Çünki onların bu qədər qəhrəmanı yoxdur.
- Rayonda gördüyünüz abadlıq-quruculuq işləri ilə bağlı fikirləşənlər olur ki, siz burada "Naxçıvan modeli”ni tətbiq etmək istəyirsiniz. Yəqin ki, doğulduğunuz şəhərə, Ordubada tez-tez gedirsiniz. Orada görülən işlərin şahidi olursunuz, ona görə belə deyirlər...
- Naxçıvanda çox gözəl işlər görülüb və görülür. Abadlıq və quruculuq işləri çox sürətlə aparılır. Naxçıvanın ən ucqar kəndlərində belə bunu görmək mümkündür. Mən imkan olduqca Naxçıvana, Ordubada gedirəm. Orada görülən işləri görəndə çox sevinirəm. Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanın inkişafı üçün həddən artıq çox iş görüb. Bunu yüksək qiymətləndirmək lazımdır. Naxçıvanda uzun müddət işləmişəm. Ora bələdəm.
- Naxçıvana gedəndə Vasif Talıbovla görüşürsünüzmü?
- Əlbəttə. Mən Naxçıvana gedəndə Vasif Talıbovla mütləq görüşürəm. Darıxanda da təyyarəyə minib gedib Vasif müəllimi görüb gəlirəm...
- Xaçmaz sakinləri onlarla tez-tez görüşdüyünüzü deyirlər. Sizcə, bütün məmurlar, deputatlar, icra başçıları belə olmalıdırmı?

 

- Məmur özünü niyə dartmalıdır? Sadə olmaq lazımdır, xalqın içində olmaq, onların problemlərini şəxsən öz dillərindən dinləmək lazımdır. Şikayəti birbaşa vətəndaşın özündən dinləyirəm. Allah verən nə varsa, bir tikə yeməyimi elə kabinetimdə yeyir, sonra rayonda, kəndlərdə oluram. Mən rayonun bütün kəndlərinə gedirəm, çayxanaların hamısında otururam, camaatla söhbətləşirəm. Bizim işimiz xalqın, vətəndaşın problemi ilə maraqlanmaq və onları həll etməkdir. Cənab prezident bizi buna görə bu vəzifəyə təyin edib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024