Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-12-2014, 14:14)
Minadan Zərərçəkənlərin Assosiasiyasından Roma Papasına etiraz

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası Roma Papasının Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərə etiraz edib

 

Mediatv.AZ xəbər verir ki, Roma Papası I Fransiskin 28- 30 noyabr 2014-cü il tarixli Türkiyə səfəri daha çox Vatikan rəhbərinin Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etməsi haqqında söylədiyi fikirlərlə yadda qaldı.
Papa səfərdən dönərkən təyyarədə müxbirlərin saxta soyqırım iddialarının yüzilliyinin yaxınlaşması ilə bağlı sualına "Kaş ki, o sərhəd açılsaydı, o qədər gözəl olardı ki” cavabını verib.
Əlbəttə bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əminamanlığın, barışın bərqərar olmasına xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzünün nəticəsində qətlə yetirilən onminlərlə azərbaycanlının, doğma yurd yerlərindən qovulan yüzminlərlə insanın haqlarından ötən illər ərzində bir dəfə də danışmağa lüzum görməyən katolik kilsəsinin rəhbəri beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir. Papa I Fransiskin  bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir. Çünki katolik kilsəsinin hazırkı və əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib. Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verməsi həm Türkiyənin siyasi mövqeyini qəbul etməməsinin, həm də haqqın, əzilənin deyil, işğalçının tərəfində olmasının göstərici sayıla bilər. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur.
Biz Roma Katolik kilsəsinin başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024