Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-12-2014, 20:56)
Qaraçuxur məscidini yandıran təşkilat "Facebook"da - FOTOLAR

Qaraçuxur məscidini yandıran təşkilat "Facebook"da - FOTOLAR

 

Qaraçuxur məscidini yandırmağa cəhd edənlər barəsində yeni detallar üzə çıxıb. Axar.az PKK-nın Azərbaycandakı “Yekbun” təşkilatının rəsmi "Facebook" səhifəsini əldə edib. 
Bu səhifənin admini Elnur Ələkbərov adlı PKK simpatizanıdır. Səhifədə məscidi yandırmaqda şübhəli bilinərək həbs edilən “Yekbun”un həmsədri Namiq Nəsibovla Elnur Ələkbərovun bir toplantıdan şəkili yerləşirilib. Həmçinin, E.Ələkbərovun öz səhifəsində də fotolar yayımlanıb.  
Onların yazılarının leytmotivi İŞİD-ə qarşı döyüşən PKK-nın Suriyadakı YPG qanadına dəstək ifadə etmək və Kürdüstanın hüdudlarının genişləndirilməsini arzulamaqdır.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.
Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson" markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıblar və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. 
Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib. 
Qaynar.info
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024