Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-04-2014, 12:07)
Bakıda oğrular tutulub

Bakıda oğrular tutulub

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməri paytaxtda baş verən kriminal hasisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir: 

Martın 28-nə keçən gecə Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yaşayan Bəxəddin Mirzəyevin evindən pəncərəni sındırmaq yolu ilə 50 manat və 1 cüt sırğa oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səmaləddin Cəfərov tutulub. Müəyyən edilib ki, o martın 23-də M.Ələkbərov küçəsində Eynulla Məmişovun evindən pəncərənin çərçivəsini çıxarmaq yolu ilə siqaret, martın 27-də Ələkbərov küçəsində Səriyyə Çobanovanın evindən mobil telefon, bərbər alətləri, martın 29-da M.Ələkbərov küçəsində İlqar Məlikovun evindən isə bir cüt ayaqqabı oğurlayıb. 

Fevralın 8-nə keçən gecə, Binəqədi rayonu F.Məlikov küçəsində Teyyub Əliyevə məxsus «VAZ-2107» markalı avtomobildən, şuşəni sındırmaq yolu ilə maqnitafon oğurlanıb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Eldar Balışov və Rasim Şükürov tutulublar.

Fevralın 17-dən 26-dək olan müddətdə Biləcəri qəsəbəsində Cavanşir Mayılovun evindən, plastik pəncərəni açmaq yolu ilə fotoaparat və 2 ədəd qol saatı oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev fevralın 26-da yaxalanıblar. Müəyyən edilib ki, onlar fevralın 1-nə keçən gecə Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan İzzət Məmmədovanın evindən qızıl-zinət əşyaları, bijuteriya, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon, fevralın 7-də Binəqədi yolunda Teymur İbrahimovun evindən 5 min manat, fotoaparat, 3 ədəd mobil telefon, fevralın 12-də M.Abdin küçəsində yaşayan Azər Zeynalovun evindən 2600 manat və qızıl boyunbağı oğurlayıblar. Cinayətin digər iştirakçı olan Bakı şəhər sakini Azər Həşimi isə aprelin 1-də yaxalanıb. 

Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Biləsuvar rayon sakini Səidə Qasımovadan 44 qrama yaxın heroin və 74 qramdan artıq tiryək götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri zamanı, onun Biləsuvar rayonundakı evinin həyatyanı sanitar qovşağından əlavə olaraq 36 qramdan artıq heroin və 67 qramdan artıq tiryək aşkar edilib.

Yanvarın 8-də Bakı şəhər sakini Vüsalə Atayevaya məxsus Tağızadə küçəsində  yerləşən gözəllik salonundan, açar seçmə yolu ilə kosmetik və geyim əşyaları oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Fərid Rəhimov və Şahmurad Xudaverdiyev martın 22-də, cinayətin digər iştirakçısı Yevlax şəhər sakini Azədə Həsənova isə aprelin 1-də yaxalanıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ceyhun Rəhimov tutulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024