Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin məzarlanı ziyarət edib, önlərinə tər çiçəklər düzüblər.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidlərimizin yaşadıqları ünvanlara gedilərək il mərasimində iştirak ediblər. İgidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Şahin Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.




























