Sosial / Slayd (13-02-2020, 18:18)
Prezidentin çıxışı seçkilərlə bağlı mühüm siqnaldır

“Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri fevralın 9-da sosial şəbəkələrdə, o cümlədən, “Youtube”da yayılan görüntülərlə bağlı ciddi araşdırmalar apardığı bildirilir. Hətta bu gün keçiriləcək iclasda bəzi məntəqə və diarələr üzrə nəticələrin ləğv ediləcəyi gözlənilir.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı Modern.az-a deyib ki, ölkə başçısının çıxışı seçkilərlə bağlı mühüm siqnaldır:
“Prezident seçkilərə mühüm qiymət verdi və seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirdi. Eyni zamanda, dedi ki, MSK seçki prosesindəki pozuntularla bağlı ciddi araşdırmalar aparır. Pozuntulara yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Bütün bunlara baxmayaraq, MSK müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılan videolarla bağlı ciddi araşdırmalar aparır. Bu araşdırmaların nəticələri də tez bir zamanda açıqlanacaq. Seçkidə ayrı-ayrı dairələrdə məntəqələr üzrə nəticələrin ləğv olunacağı gözlənilir. Hətta dairələr üzrə nəticələrin ləğv olunacağı da istisna edilmir”.
Hüquqşünas qeyd edib ki, MSK bu şikayətləri ciddi araşdırmalı, nəticələri Konstitusiya Məhkəməsinə göndərməlidir:
“Əgər seçki prosesində hər hansı dairə üzrə qanun pozuntularının həcmi nəticələrin ləğv olunmasını tələb edəcəksə, qanunamüvafiq olaraq da nəticələr ləğv ediləcək. Seçki Məcəlləsinin tələblərinə görə, dairə üzrə məntəqələrin dörddə birinin nəticələri ləğv olunursa və bu da seçicilərin 25 faizindən azını təşkil etmirsə, nəticələr ləğv olunur.
Bütün hallarda cənab Prezidentin göstərişi ciddi surətdə araşdırılmalı və tətbiq edilməlidir. Gözlənilir ki, kimliyindən asılı olmayaraq, pozuntuya yol vermiş şəxs məsuliyyətə cəlb olunacaq. Bu, gözləniləndir. Hazırda şikayətlərin verilməsi prosesi davam edir. Artıq dairə seçki komissiyaları protokolları MSK-ya təqdim edib. DSK-lar seçkidən 2 gün sonra 2 gün müddətində protokolları MSK-ya təqdim etməlidir. Dünən bu proses başa çatdı. Eyni zamanda, MSK səsvermə günündən 20 gün müddətində seçkinin nəticələrini, daxil olan şikayətləri araşdırır və müvafiq qərarlar qəbul edir. Həmin qərar 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi 10 gün müddətinədək seçkinin nəticələrini yoxlayıb müvafiq qərar qəbul edir. Ümid edirəm ki, yaxın günlərdə proseslər tam başa çatacaq və biz dairələr üzrə yekun vəziyyətlə bağlı məlumatları əldə edəcəyik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025