Sosial / Slayd (24-02-2020, 22:52)
Daha bir icra başçısı təlaşda

Bir müddət əvvəl Ağstafanın icra başçısınn, habelə Yevlaxın sabiq rəhbərinin və yaxın günlərdə Neftçalanın icra başçısının həbs edilməsinin ardından bəzi rayon rəhbərlərinin kürkünə birə düşməsi haqda informasiyalar yerli KİV-də davam etməkdədir.Məlum hadisələrdən sonra narahatçılıq keçirən icra başçılarından biri də İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdir.Redaksiyamızı məlumatlandıran mənbənin verdiyi məlumata görə işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqı kartlarının və digər kartların vətəndaşların özlərinə qaytarılması üçün Vilyam Hacıyev dərhal gösdəriş verib.Mediatv.az-a verilən məlumata görə Vilyam Hacıyev, indiyə qədər ancaq dövlət büdcəsindən ayrılmış vəsaitləri sağa-sola xərcləməklə məşğul olub. Hansı ki, həmin vəsaitlər rayonun abadlaşdırılması, sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılıb. Redaksiyamız bilgiləndirən mötəbər mənbə iddia edir ki, yaxın günlərdə daha bir neçə RİH başçı ilə bağlı sərt qərarlar verilə bilər.Rayonlarda icra başçılarının fəaliyyəti isə qənaətbəxş deyil, həmçinin "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası zamanı da ciddi korrupsiya hallarına yol verilib, yerlərdə əhalinin sosial rifah hallarının yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitlər təyinatı üzrə xərclənməyib.Bir sözlə, etimadı doğrultmayan icra başçıları fəaliyyətlərində nöqsanlara yol verib, əhalini kütləvi şəkildə narazı salıblar.Vilyam Hacıyevin özünün Bakı şəhərində "milonerlər məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində əldə etdiyi milyonluq dəbdəbəli villasını, oğlunun son model "Range Rover" markalı bahalı avtomobili hansı gəlir mənbəi hesabına əldə etdikləri ciddi araşdırılmalıdır. Dəqiq məlumdur ki, bu gözqamaşdırıcı, təmtəraqlı həat tərzi halal qazanc hesabına deyildir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025