Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-10-2019, 21:11)
AMEA-nın əməkdaşı 43 ildir mənzil növbəsindədir, amma hələ də “gözlə” deyirlər

 
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı Zahidə Mirzə qızı Hacıyeva redaksiyamıza müraciət edərək ona mənzil probleminin həllində kömək göstərməyimizi xahiş edir. Məktub müəllifi uzun illər, sovet dövründən  rəsmi qaydada ev növbəsində dayandığını, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra da bu növbənin davam etdiyini, lakin hər dəfə müxtəlif bəhanələrlələ növbəsinin ildən-ilə təxirə salındığını bildrir.  Zahid xanım qeyd edir ki, sovet dövründə həqiqətən ölkədə mənzil tikintisi sahəsində ciddi problem olub, buna baxmayaraq ailə tərkibinə uyğun olmasa da, heç olmazsa ona birotaqlı mənzil verilib. Lakin müstəqillik dövründə, ölkədə tikinti sektorunun bu qədər inkişaf etdiyi  bir dönəmdə onun həyat şəraiti qətiyyən yaxşılaşmayıb. Beş-altı nəfər birotaqlı mənzildə qalıb. “Halbuki dövlətimizin buna hər cür imkan var, ölkə başçısı, ölkənin birinci vitse-prezidenti bu sahədə insanlara əlindən gələn köməyi etməyə çalışır. Sadəcə əksər məmurlar ordusu qanun və qərarlara əhəmiyyət vermir, onlar insan haqlarını asanlıqla tapdayırlar”, deyə Z.Hacıyeva bildirir. O, bu ölkədə ehtiyacı olmayan şəxslərin dölətdən ildə bir neçə dəfə mənzl aldığı halda, onun 43 gözlədilməsini özbaşınalıq, qanunsuzluq adlandırır. Məktubu olduğu kimi dərc edirik: “1977-ci ildən ev növbəsindəyəm. Ailə üzvlərinin sayına görə o zaman mənə üç otaqlı mənzil verilməli idi. Lakin hər dəfə müraciət edəndə, “bir az da gözləyin”- deyə mənə vəd verir yola salırdılar. O zaman kirayədə qalırdıq, vəziyyətimiz də çox ağır idi. Nəhayət, 1989-cu ildə növbədə dayandığım təşkilata bir neçə dəfə müraciət etdikdən sonra bildirdim ki, hərbi komendanta şikayət edəcəyəm.
Məlum olduğu kimi, həmn günlərdə Bakıda hərbi komendantlıq var idi. Mənim tam ciddi qərara gəldiyimi görəndən sonra məni növbədə saxlamaq şərti ilə müvəqqəti olaraq 17,5 kv. m. sahəsi olan bir otaqlı mənzillə təmin etdilər. Dedilər ki, ermənilər Azərbaycana qarşı müharibəyə başladığı üçün imkanlar məhduddur, bir azdan ailə tərkibinə müvafiq olaraq yeni mənzil verəcəyik.
Sonralar dəfələrlə əlaqədar təşkilatlara üz tutdum. Hər dəfə də eyni cavab: Səbr edin, sizə yeni mənzil veriləcək. Amma deyilənlər sözdən irəli getmədi. Beləliliklə, düz 43 ildir mən, qızım öz övladı, oğlum öz ailəsi ilə birlikdə bir otaqlı mənzilin içində yaşamaqda davam edirik.
Bu gün də həmin vəziyyətdə yaşayırıq. Üstəlik, bu illərdə sağlamlığımı da itirmişəm. 2015-ci ildə infarkt oldum, 2016-cı ildə açıq ürək əməliyyatı keçirmişəm. Şəkər xəstəsiyəm.  Siz deyin, bu qədər xəstəliklə insan bir otaqlı mənzildə bu qədər ailə üzvü ilə necə yaşasın?. Ölkədə bu qədər tikinti gedir, amma mənə hələ də “gözlə” deyirlər. Qırx üç il gözləmişəm, indən sonra neçə il gözləyim?”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024