Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-07-2019, 15:15)
UŞAQ YOLUXUCU XƏSTƏLİKLƏRİ UĞURLA MÜALİCƏ OLUNUR

 










"Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər. Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlərin edilməsi çox vacib hesab olunur. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər. Onu yerinə yetirməzdən qabaq həkim mütləq uşağı müayinə etməlidir. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumalı, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiya verə biləcək maddələri çıxarmaq lazımdır. Bu tövsiyələri 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Rəna Axundova Mediatv.az saytının oxucuları ilə paylaşmışdır:
- Yay fəslində bəzi çimərliklərdə çimmək, günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur, nəticədə yayda uşaqlar arasında allergik xəstəliklər, mədə-bağırsaq pozuntuları və günvurma ilə bağlı xəstəliklərə daha çox rast gəlinir. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacibdir. Amma uşaqlara günün isti saatlarında qumda qalmaq olmaz. Çünki bu zaman onların dərisində termik yanıq baş verə, ya da günvurmadan qusma halı baş verə bilər. Digər aylara nisbətdə yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsinə daha çox təsadüf olunur. Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsiplər düzgün pəhriz, fermentoterapiya, etiotrop və simptomatik müalicənin kombinasiyasıdır. Bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün uşaqlar sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqların şəxsi gigiyena qaydalarının öyrədilməsi vacibdir. Uşaqların immunitetinin gücləndirilməsi üçün yay ideal dövrdür. Qışda uşaqların yoluxucu xəstəliklərə daha dözümlü olmasını istəyirsinizsə, mütləq yay fəslində çimərlik prosedurları qəbul edilməlidir. Uşaqlar müəyyən edilmiş vaxtda dənizdə olmalı, mütəmadi gəzməyə çıxarılmalıdır. Uşaqları imkan daxilində maraqlı ekskursiyalara aparmaq lazımdır. Mövsümi meyvələr çoxlu qəbul edilməlidir, çünki təzə qidanın tərkibində vitaminlər çox olur. Ən əsası uşaqların yuxu rejiminə diqqət yetirilməlidir.
Baş həkimdən son aylarda xəstəxanaya daxil olan uşaqlara göstərilən tibbi yardımın nəticələri ilə bağlı məlumatları öyrəndik:
2019-cu ilin may ayı ərzində 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 555 xəstə daxil olmuş, 558 nəfər evə buraxılmışdır. Xəstələrin 334 nəfərinin xəstəxanaya daxil olarkən vəziyyəti ağır, 217 nəfəri son dərəcə ağır, 7 nəfərininsə ölümqabağı olmuşdur. Onlardan 379 nəfəri tam sağalmış, 167 nəfərin səhhət durumu yaxşılaşmış, 12 nəfərində dəyişiklik müşahidə olunmamışdır.Bura müraciət edən xəsdələrə son dərəcə həssaslıqla yanaşılır və yüksək səviyyədə xidmət gösdərilir.Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin etik davranış qaydaları"nı və Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən sahəvi normativ sənədləri  şöbənin kollektivi gündəlik  işində rəhbər tuturlar.Doktor Axundovadan öyrəndik ki,1nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında əhaliyə vaxtında və lazımı tibbi yardımın göstərilməsi üçün yüksək keyfiyyətli şərait yaradılıb. Müalicə və müayinə xidmətlərinin səviyyəsinin və kadr potensialının artırılması məqsədi ilə həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslaşdırılmış laboratoriya, mövcud olan yüksək standartlara cavab verən cihazlar  analizlərin daha tez və keyfiyyətli aparmağa imkan verir.
 Xəsdəxanada müalicə alan, xəstələrə baş çəkməyə gəlmiş xəsdələrin yaxın adamları ilə də söhbət etdik. Həkimlərin işindən xeyli razılıq etdilər, minnətdarlıqlarını bildirdilər, xüsusilə də baş həkim Rəna xanım  barədə yüksək fikirlər söylədilər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025