Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-07-2019, 10:11)
Bu çimərliklər də istifadəyə yararsızdır - SİYAHI

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən çimərlik ərazilərində aparılan monitorinqlər zamanı dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, analizlərin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında - Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zuğulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur:
“Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Qeyd edək ki, budəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur”.
ETSN rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib.  O bildirib ki, əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil.
N.Babaşovanın sözlərinə görə, Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır:
“Dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edirik ki, obyektlərində, evlərində formalaşan tullantı sularının təmizlənməsini düzgün təşkil etsinlər və çirkab suları dənizə axıtmasınlar. Onlar bununla həm Xəzəri çirkləndirir, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradırlar. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına səslənirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025