Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-12-2018, 12:39)
BAYRAM BABAYEVİN "AKADEM-DÖNƏR"İ

  























Vaxtilə Ulu Öndər Heydər Əliyev “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir” demişdir.Dahi rəhbərin mübarək izini qoruyan, qayğısını görmüş elm məbədlərinin önündə isə əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyası durur. Elmimizə, alimlərimizə, elmi müəssisələrimizə qayğılı münasibət hal-hazərda Ulu Öndərimizin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında və onun tabeçiliyində fəaliyyət göstərən institutların inzibati binalarında əsaslı təmir-bərpa işləri həyata keçirilmiş, həyətində səliqə-səhman yaradılmış, infrastrukturu xeyli yaxşılaşdırılmışdır. Bu da anlaşılandır: Zahiri möhtəşəmlik, əzəmətli görkəm bu elm məbədinin Azərbaycanda və beynəlxalq aləmdə nüfuzuna, elmin inkişafına verdiyi töhfələrə adekvat olmalıydı. Bütün bunlara baxmayaraq, Akademiyanın əsaslı təmirindən sonra onun Azərbaycan Texniki Universitetinə tərəf olan hissəsində yeni bir kafe-çayxana fəaliyyətə başladı. Akademiyanın əsas inzibati binasının birinci mərtəbəsində fəaliyyət göstərən yeməkxana lazımi tələbatı ödəsə də, görünür, əlavə iaşə xidməti "nöqtəsi" də kimlər üçünsə vacib imiş. Bu azmış kimi, həmin yerdə dönərxana da işə düşməsi necə deyərlər, lap "ağ oldu". Burada təklif olunan dönərin ucuz satılması isə istifadə olunan ətin mənşəyini şübhə altına qoyur. O da məlumdur ki, toyuq dönərinin satışı ümumiyyətlə qadağan olunub.Digər tərəfdən, qeyd olunan yerdə istər kafe-çayxananın, istərsə də dönərxananın fəaliyyət göstərmələri, məhz ərazinin zirzibilə qərq olmasına da səbəb olur. Sözügedən dönərxanada isə toyuq dönəri "şıdırğı" satılır. Dönərçi sahibkar yəqin ki, vicdanlı vergi ödəyicisi deyil. Çünki kassa aparatı yoxdur. "Toçka"da sanitar normalara da riayət edilmir. Əlbəttə, dönərxananın müştəriləri əsasən tələbə-gənclərdir. Dönərin qiyməti onların ciblərinə uyğundur. Digər tərəfdən, cavanlar öz orqanizmlərinin gücünə inanır və edilən xəbərdarlıqlara məhəl qoymurlar. Amma bundan sui-istifadə etmək, gənclərin taleyi ilə oynamaq, onları zəhərlənmə təhlükəsi qarşısında qoymaq AMEA məmuru üçün qətiyyən yaraşmaz. Alim deyil, təsərrüfatçı olsa da, axı o da ziyalılığı təmsil edir. Həmin məmur isə AMEA İşlər İdarəsinin şəhərciyinin direktoru vəzifəsini icra edən Bayram Babayevdir. Bildirilir ki, dönərxana məhz onun "izn-rüsxəti" ilə fəaliyyət göstərir. Görəsən, aidiyyati qurumlar nəyi gözləyirlər? Kiminsə zəhərlənməyinimi?шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025