Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-07-2014, 22:06)
İş adamı Xəlil Göyüşovun əsgər oğlu günü 100 manata əsgərliyini evdə keçirib...

Körpü-Bina Tikinti MMC-nin ” rəhbəri Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun adı hərbi xidmətdə getsə də, hər gün Bakıda kef məclisi düzəldir və “avtoş”luq edir”

Bu məlumatı Mediatv.az-ın email adresinə göndərən mənbə bildirir ki, Ramzi Göyüşov hərbi xidmətdə ola-ola bir neçə dəfə içkili vəziyyətdə şəhərdə “avtoş”luq edərkən polisin sərt üzü ilə üzləşməli olub. Belə ki, “İyunun 7-də gecə saatlarında içkili vəziyyətdə Bakıdakı “Eleven” diskotekasından çıxaraq “avtoş”luq edən Ramiz Göyüşovun 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobili Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. DYP əməkdaşları ilə kobud rəftar edərək onlarla dalaşan Ramiz Göyüşova protokol tərtib olunub və onun avtomobili DYP-nin Badamdardakl cərimə meydançasına aparılıb.

Məlumatı göndərən mənbə R.Göyüşovun hərbi xidmət müddətinin iyulun 1-də bitəcəyini və aylıq hesab ödəməklə hərbi xidmət dövrünü evində keçirdiyini iddia edir.

Varlı həyat tərzi sürmək, böyük məbləğdə pulları qazanmaqda ad çıxarmış Xəlil Göyüşovun ən böyük problemi isə oğlu sayılır. Bakının küçələrində bahalı maşınlar sürən Ramiz Göyüşovun ən ucuz maşının qiyməti 150 min manat olduğu bildirilir.

Redaksiyamızın elekton poçtuna daxil olan digər məlumatda isə bildirilir ki, iş adamının oğlu Ramiz Göyüşov Baki qarnizonun N saylı hərbi hissələrindən birində qulluq edir və hərbi xidmətini evində, barlarda, restoranlarda, əyləncələrdə keçirdiyi üçün günü 100 manat hesab ödəyir. Mənbə iddia edir ki, iş adamının oğlu sadəcə Müdafiə Nazirliyindən yoxlama gələndə 1 günlüyə hərbi hissəyə gəlir və hərbi geyim geyinir. Nazirlikdən yoxlama gedən kimi isə Ramiz Göyüşov hərbi hissənin yaxınlığında saxladığı “Range Rover” aftomobilinə minərək Bakı şəhərinə əyləncəsinə gəlir. Görüdüyünüz kimi bir iş adamının oğlu üçün vətənə məcburi xidmət sadəcə kef məclislərindən ibarətdir. Hətda Ramiz Göyüşovun dəfələrlə Bakının bahalı barlarında verdiyi qonaqlıqlara N saylı hərbi hissənin komandirlərinidə gətirdiyi qeyd olunur.

Onu da qeyd edək ki, bir müddət əvvəl dtv.az- hazırda Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC-də ilginc vəziyyət yaşandığı barədə məlumat yaymışdı. Məlumatda vurğulanırdı ki, X. Göyüşovun rəhbəri olduğu bu şirkət həmçinin digər böyük layihələrə də qatılıb. Amma görülən işlərin keyfiyyəti ilə yanaşı, ortada böyük məbləğlərdə pulların yeyildiyinə dair iddialarda var.

Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.

Məlumatlarda vurğulanır ki, X. Göyüşovun rəhbəri olduğu MMC ölkənin ən varlıları sırasında sayıla bilər. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür. Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir.

İri tenderlərin əsas «qənimi» kimi ad çıxarmış Xəlil Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər maraqlıdır. Xəbərdə qeyd edilir ki, «KTB» MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşir.

Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024