Abşeron İcra Hakimiyyəti sahibkarla anlaşaraq yaşıllığın məhv edilməsinə göz yumur.
Məlumata görə, vaxtı ilə ETSN tərəfindən salınan yaşıllıq Abşeron RİN-nin nəzarətinə verilsə də, baxımsız qalaraq bəzi səbəblərdən məhv edilir.
Daxil olan məlumata görə, icra hakimiyyəti açıq şəkildə yaşıllığın məhv edilməsinə şərait yaradaraq, ərazini sahibkara obyekt sahəsi kimi verib.
Beləki, 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən, Abşeron rayon Mehdiabad qəsəbəsi 28 may küçəsində obyektin qarşısında çıxarılan ağacların yerində dəfələrlə yeni tinğlər əkilməsinə baxmayaraq, sahibkarın həmin ağacları məhv etməsi aşkar edilib. Bildirilib ki, sahibkar hər dəfə öz məqsədinə çatmaq üçün ağacları yerindən çıxardıraraq ərazidən daşıtdırıb. Sahibkarın bu özbaşınalığına icra başcısı tərəfindən xeyir-dua verildiyi bildirilir. Məqsəd isə sahibkara məxsus obyektin qarşısın açmaq və obyekti böyütməkdir. Sahibkarın bu qanunsuzluqlar etməsinə alət olan icra hakimiyyəti və Mehdiabad bələdiyyəsi yaşıllığa sahib çıxmaq əvəzinə məhfinə rəvac verdiyi deyilir. Məlumatda, hadisələrin bu yerə gəlib çıxmasına icra başçısı ilə sahibkar arasında isti razılaşma olduğu da bildirilir.
Məhv edilən yaşıllığa görə, 4 saylı RETSİ tərəfindən qanuna müvafiq tədbirlər ğörülərək aidiyyatı üzrə hüquq mühavizə orqanlarına rəsmi müraciət edilib.
Əvvəl salınan yaşıllıq:
Sonradan məhv edilən yaşıllıqdan qalanlar:
(ekologiya.az)