Sosial (4-02-2018, 14:45)
İşdən çıxarılan həkim günahsız olduğunu belə sübuta yetirdi - ŞOK VİDEO
Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə vəzifəsindən uzaqlaşdırılıb.
Unikal.org xəbər verir ki, Həqiqət Qədirova Səbinə Məmmədovanı sözügedən mübahisəyə görə deyil, onu "həkim səhlənkarlığı”na görə çıxarıb.
Direktorun əmrində göstərilib ki, Səbinə Məmmədova Yusifli Çingiz Cabir oğlunun müalicəsində həkim səhvi etdiyinə görə, vəzifəsindən kənarlaşdırılıb.
İşdən uzaqlaşdırılan Səbinə Məmmədova adıçəkilən pasiyentin anası ilə telefon əlaqəsi qurub. Qadın deyib ki, H.Qədirovanın əmrinin əksi olaraq, S.Məmmədova övladının sağ qalmasında ona minnətdardır:
"Mən övladımın bu gün sağ qalmasında sizə minnətdaram! Siz olmasaydınız övladımı bəlkəm də itirərər və ailəmiz daha acınacaqlı günlər yaşayardı. Övladıma görə sizi işinizdən uzaqlaşdırmaq yanlış qərardı. Sizə görə mən istənilən formada izahat verməyə hazıram. Hara istəyirsinizsə gəlin! Mən yazılı şəkildə qeyd edəcəm ki, övladımın bu gün sağ qalmasında sizin böyük əməyiniz var və heç bir günahınız yoxdur”.
SƏS YAZISI - VİDEO
Həkim Səbinə Məmmədova Unikal.org-a açıqlamasına deyib ki, pasiyentinin anası ilə danışıqları bir daha sübut etdi ki, günahsızam və heç bir əsas olmadan vəzifəmdən kənarlaşdırılmışam:
"Bütün ictimaiyət də bu səsi dinlədikdən sonara başa düşəcək ki, üzərimdə qurulan "oyunlar" H.Qədirovanın qurmasıdır.
Yusifli Çingiz Cabir oğlunun səhhətini sən demə, Həqiqət Qədirova qəsdən ağırlaşdırmaq məqsədilə aşağıdakı "həkimlərə” tapşırıb. O, sözügedən pasiyenti əvvəlcə ağırlaşdırmaq üçün çox gənc, təcrübəsiz, rezidentura təhsilini yeni başa vurmuş, həmin vaxt əmri olmadan, orada işləyən "həkim” Hacıəliyeva Aygün və Məmmədova Svetlanaya müalicə edilməsini tapşırıb.
Sözügedən pasiyentin xəstəlik sənədlərinədə də onların adları qeyd edilib. Bu onu deməyə əsas verir ki, bir həkimi işdən uzaqlaşdırmaq üçün hansısa pasiyenti ölüm ayağına vermək ən böyük cinayətdir. Mənə ağır vəziyyətdə verilən xəstəni sağladıb ailəsini təhvil verdim. Bir daha qeyd edirəm ki, günahsız olaraq isdən çıxarılmışam və bu Həqiqət Qədirova tərəfindən qurulmuş bir oyun idi. Göründüyü kimi, pasiyentimin anasının həm səs yazısında, həm xəstəlik tarixi ilə bağlı sənədlər dediklərimin əsaslı sübutudur.
Məhkəməyə bütün bu faktlar təqdim olunacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025