Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-03-2017, 19:14)
Bakıda ev dəllalları gizli fəaliyyətə keçdi

Dollar alverçilərindən sonra ev dəllalları da gizli fəaliyyətə keçiblər. Çünki polislər onların mənzil bazarlarında toplanmasına icazə vermirlər.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına mənzil dəllalları məlumat veriblər. Saytın əməkdaşları metronun “Neftçilər” stansiyası yaxınlığındakı parkdakı “mənzil bazarı”nda bir neçə dəllalla söhbətləşiblər.

Onların sözlərinə görə, parkda toplanmağa icazə verilmədiyindən, müştəri tapmaqda çətinlik çəkirlər.

Parkda sakitlikdir, əlində elan tutaraq ev axtaranları çağıranlar yoxdur.

 

İşləməyə imkan vermirlər

“Polis işləməyimizə imkan vermir, deyirlər ki, ev alqı-satqı ofisləri narazılıq edir. Onlar vergi verirlər, biz isə qanunsuz fəaliyyət göstəririk. Halbuki,əksər makler VÖEN ilə işləyirdi. Bu bazardan onlarla ailə dolanırdı, ən ucuz evləri burda tapmaq mümkün idi”, - Araz Məmmədov adlı dəllal deyir.

Amma yalnız onlar deyil, öz evini kirayə verən və ya satmaq istəyənlər də daha bazarlara üz tutmur. Amma parkın hər yerində kirayə mənzil və satılan evlərlə bağlı elanlar yapışdırılıb.

Göydələnlərə təlabat azalıb

Bayaqdan bəri bizi izləyən digər dəllal yaxınlaşır. Əvvəlcə sorğu-suallara cavab veririk. Bundan sonra adını açıqlamamaq şərtilə bazardakı vəziyyəti izah edir. Onun dediyinə görə, kommunal xidmət haqları artırılandan sonra çoxmərtəbəli yeni tikililərə təlabat azalıb. “Metronun “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” stansiyasının yaxınlığındakı göydələnlərdə 400 manatdan 800 manatadək təmirli mənzillər kirayəyə verilir. Amma son 2-3 ayda yeni tikilidə bir mənzil belə kirayə verə bilməmişik. Əksəriyyət köhnə tikilidə mənzil axtarır”, - dəllal deyib.

Elə həmin ərazilərdə beş və doqquz mərtəbəli köhnə tikililərdə boş mənzillər otaq sayı və təmirinə uyğun 350-450 manata təklif edilir. Ucuz mənzil axtaranlar isə həyət evlərində 200-250 manata 3 otaqlı, boş ev tapa bilərlər. Metronun “Qara Qarayev”, “Nərimanov”, “Gənclik” stansiyalarının yaxınlığındakı köhnə binalarda da qiymətlər oxşardır. Məsələn, “Nərimanov”da 350 manata 2 otaqlı boş mənzil tapmaq mümkündür. Daha ucuz kirayə mənzil axtaranlar üçün Bakıxanov, Zabrat, Masazır, Xırdalan, Sulutəpə, Hövsan və digər kənar ərazilərdə evlər təklif edilir.

“Çoxu qiymətə önəm verir, 50-100manata hamamı, mətbəxi olmayan otaqlar kirayələyənlər var. 4-5 nəfər balaca otaqda yaşamağa razıdır. Suraxanı ərazisində belə evlər var”, - bunu da Araz söyləyir.

 

Evlərin qiyməti dəyişir, amma…

“Sovetski”dən sonra Nərimanov, Nizami, Səbail və daha bir neçə rayonda söküntülərə başlanılıb. Amma bu, qiymətlərə o qədər də təsir etməyib. Hazırda daşınmaz əmlak bazarında durğunluq hökm sürür. “Mənzillərin qiyməti 2014-2015-ci ilə nisbətən aşağı düşüb. Lakin hələ də çoxları gözləmə mövqeyindədir”,-bunu isə digər dəllal bildirir.

Dolların məzənnəsinin dəyişməsi də mənzil bazarında çətin vəziyyət yaradıb. Mənzil alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, əksəriyyət dollarla satışa üstünlük verir. Neftçilərdə 55-60 min manata beşmərtəbəli binalarda 2 otaqlı mənzillər satılır. Halbuki, ötən illərdə həmin evləri 70 min manatdan aşağı təklif etməmişik. Yeni tikililərdə isə lap durğunluqdur”, - dəllallardan biri gileylənir.

“Sökülən evlərə görə kompensasiya alanlar deyirlər ki…”

“Sökülən evlərə görə kompensasiya alanlar da ya Sulutəpə, Hökməli, Xırdalan, ya da bu tərəfdən Hövsan, Günəşlidə ev axtarır”, - bunu da dəllallar söyləyirlər.

Ev almaq üçün bazara gəldiyini deyən qadın isə təklif edilən qiymətdən razı görünmür: “55 min manat veriblər, 7 nəfərlik ailə 2 otaqda necə qalsın, məcburuq ki, kənarda ev axtaraq”. Ona Hövsanda qəsəbəsində 3 sot həyətdə tikilmiş 3 otaqlı ev təklif edilir. 22 min manata satılan evin sənədləri qaydasında deyil. “Hövsanda 17 min manatdan 150 min manatadək evlər var. Sosial evlər tikiləndən sonra Hövsandakı evlər bahalaşacaq. Təbii ki, sənədli evlər bahadır”.

Parkda vurulmuş elanlarda 10 min manatdan 200 min manatadək evlərin satıldığı qeyd olunur. Dəllallar deyirlər ki, polis qadağan etsə də, mənzil bazarını onlarsız təsəvvür etmək mümkün deyil. Çünki ucuz mənzil axtaranların son dayanacağı bu bazardır.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024