Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-06-2014, 05:11)
Oğuz eli tərəqqi yolu ilə sürətlə irəliləyir

 

Ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunda da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar gül bayramlı tədbirləri keçirilməkdədir. Başda rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab Eyvaz Qurbanov olmaqla, rayonun bütün tərəqqipərvər vətəndaşları Ümummilli lider Heydər Əliyevin siyasi kursunu dəstəkləyir və bu kursun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyin tərəfdarıdırlar.

Respublikanın hər yerində olduğu kimi, Oğuz rayonunda da 2014-cü ilin birinci rübü sosial-iqtisadi inkişaf göstərixilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri əhalinin məşğulluğunun təminatı səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. İstehlak bazarında müsbət irəliləyişlər əldə olunmuş, əmək haqqı və başqa mühüm makroiqtisadi göstəricilər artmışdır.

 

Vəsaitlər təyinatı üzrə və səmərəli xərclənir

 

Əlbəttə, Dövlət Proqramlarının icrası üçün ayrılan vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsi dürüst maliyyə nəzarəti sayəsində mümkündür.Maliyyə mütəxəssisi Elşad Yusifovun rəhbərlik etdiyi Oğuz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir, dövlətin maliyyə siyasətinin uğurla həyata keçirilməsinə nail olur, maliyyə intizamına riayət edilməsini təmin edir. Belə ki, xərclərin icrası zamanı vəsaitlər birinci növbədə müdafiə olunan xərc maddələrinin (əmək haqqı, əmək haqqı üstəliyi və onlara bərabər tutulan zərclər) icrasına yönəldilir. Rayonda uçot işləri təlimata uyğun qurulub, mili mühasibat uçotu standartları və yeni hesab planı üzrə təlimatlar büdcə təşkilatlarına paylanılıb. Təftiş və yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılıb. Maliyyə İdarəsinin kollektivi daxil olmuş vəsaitlərin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə, təyinati üzrə səmərəli xərclənməsini təmin edir.

 

Dövlətin sosial siyasəti uğurla həyata keçirilir

 

Şirin Valehovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon Şöbəsi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, daxil olan vəsaitlərin uçotunun aparılmasını, eləcə də qanunla nəzərdə tutulmuş digər tədbirləri uğurla həyata keçirir. Eyni zamanda. Vətəndaşlara pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaların təyin edilməsini, eləcə də pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini təmin edir.

Şöbə tərəfindən hər bir sahibkarın, eləcə də onların işçilərinin, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatı vahid informasaiya bazasına işlənməsini həyata keçirir.

 

Təhsildə bütün komponentlər üzrə irəliləyişə nail olunmuşdur

 

Son illər respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatlar aparılır, bu sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən mühüm sərəncamlar imzalanır. Dövlət strategiyasının əsas istiqamətlərindən biri olan təhsilin inkişafı Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Təhsil işçilərinin əmək haqlarının, tələbələrin təqaüdlərinin davamlı artırılması onların rifahının daha da yaxşılaşmasına xidmət edir.

Oğuz rayonunda da Heydər Əliyev Fondunun təşəbbüsü, habelə dövlət vəsaiti hesabına yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud məktəblərin maddi-texniki bazası güclənlirilir. Prezident İlham Əliyevin Oğuz rayonuna ötən ilin yayında baş tutan səfəri zamanı yeni istifadəyə verilən 115 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etməsi təhsilə göstərilən ən yüksək qayğının daha bir bariz nümunəsidir.

Oğuz rayonunun təhsil ictimaiyyəti də öz növbəsində bu qayğılı və sayğılı münasibətə layiq olduğunu əməli işlə, yetişməkdə olan nəslin təlim-tərbiyəsi naminə göstərdikləri xidmətlərlə sübut yetirirlər. Belə ki, keçən il ümumtəhsil məktəblərini bitirmiş oğuzlu məzunlardan 173 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında 30 nəfər 500-dən, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişlər. Gözlənilir ki, bu ilki məzunlarda arzuolunan nəticələr göstərəcəklər.

Elçin Kərimovun rəhbərlik etdiyi Rayon Təhsil Şöbəsi vaxtaşırı olaraq, ayrı-ayrı məktəblər üzrə təhsilin keyfiyyət göstəriciləri ilə bağlı statistik təhlillər aparır, yol verilmiş nöqsanları qeyd edir, onların aradan qaldırılması yollarını, qarşıda duran vəzifələri müzakirə edir. Bu cür yanaşmanın nəticəsidir ki, Oğuz rayonunun təhsilində bütün komponentlər üzrə irəliləyişə nail olunmuşdur. Məktəblilər respublika miqyaslı olimpiada və müsabiqələrdə yaddaqalan uğurlara imza atırlar.

 

Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyəti davamlı yaxşılaşdırılır

 

Fazil Alməmmədovun rəhbərlik etdiyi Oğuz  mərkəzi rayon xəstəxanası   müəssisələri təxminən 40,5 min rayon əhalisinə səhiyyə xidməti göstərir. Rayon tibb müəssisələrində 74 həkim, 256 orta tibb işçisi, 230-a yaxın sair işçilər fəaliyyət göstərirlər. 2010-cu ildən etibarən rayon səhiyyəsində aparılan struktur dəyişikliklərindən sonra rayon üzrə stasionar çarpayıların sayı 106 çarpayı təşkil etmişdir. Bunlardan 91-i şəhər, 15-i isə Oğuz kənd sahə xəstəxanasının payına düşür. Bundan əlavə, kəndlərdə 8 kənd həkim məntəqəsi, 19 tibb məntəqəsi fəaliyyət göstərir.

Son illər ərzində rayon səhiyyəsinin müasirləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Oğuz Mərkəzi Rayon Xəstəxanası yeni, müasir tələbata cavab verən xəstəxana binası ilə təmin olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə xəstəxana müasir tibbi aparatlarla və tibbi avadanlıqlarla təchiz edilmişdir. Xəstəxanaya müraciət edən xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməkdədir. Xəstələr hər bir şəraiti olan palatalara yerləşdirilir, təmiz yataq, yemək və 120 sayda dərman preparatları, 25 sayda tibbi ləvazimatlar və köməkçi materiallarla pulsuz təmin olunurlar. Xəstəxananın tibbi heyəti, həkim və orta tibb işçiləri müntəzəm olaraq ixtisasartırma kurslarına göndərilirlər. Uşaq poliklinikasında qeydiyyatda olan uşaqların Elektron Sağlamlıq Kartları ilə təminatı, aparılan peyvənd işlərinin kartlara yüklənməsi işi uğurla aparılmaqdadır. Xəstəxananın bütün tibbi personalı Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş kompüter proqramları kurslarından keçdiklərindən elektron səhiyyə sisteminin fəaliyyəti onlara çətinlik yaratmayacaqdır.

 

Meşələrin mühafizəsi və bərpasına daim diqqət yetirilməkdədir

 

Oğuz rayonu ərazisində bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanununa uyğun olaraq yayılmışdır. Dağətəyi zonada – Bozqır yaylada palıd meşələrinin qalıqlarına təsadüf edilir. Əyriçay vadisində kiçik sahələrdə düzən meşələri mövcuddur. Aşağı dağ-meşə qurşağında iberiya palıdı və vələs meşələri, orta dağ-meşə qurşağında fıstıq-vələs meşələri, yuxarı dağ-meşə qurşağında isə seyrək, əyrigövdəli tozağacı, şərq palıdı, quşarmudu ağacları yayılmışdır. Meşələrin yuxarı sərhəddindən yüksəkliyə qalxdıqca üç qurşaq – subalp, alp, subnival qurşaqları bir-birini əvəz edir. burada subalp və alp çəmənləri yayılmışdır. Bütün yüksəklik qurşaqlarında ilkin bitki örtüyünün tərkibi dəyişmiş, pozulmuş, onları törəmə tipli bitkilər əvəz etmişdir. Rayonun dağ meşələrində fıstıq, vələs, palıd üstünlük təşkil edir. bu üç ağac cinsindən ibarət meşələr rayon meşələrinin 95 faizinə bərabərdir. Digər ağac cinslərinin (göyrüş, qovaq, ağcaqayın, dəimrqaya və s.) üstünlük təşkil etdiyi meşəliklər az sahə tutur. Meşələr nisbətən məhsuldar olub boniteti Ş-1, orta doluluğu 0,56, bir hektarda orta oduncaq ehtiyatı 145 kubmetr, orta yaşı 83-dür. Rayon ərazisinin 37,6 faizi meşələrdən ibarətdir. Meşə ilə örtülü sahənin 37107 hektarı ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aid edilmişdir. Oğuz şəhəri ətrafında 546 hektar meşə sahəsi yaşıllıq zonası kimi ayrılmışdır. Böyük torpaq qoruyucu, sanitar-sağlamlıq, estetik və rekreaksiya əhəmiyyəti daşıyır. Oğuz-Şəki şosse yolu ətrafında 137 hektar meşəlik avtomobil yolu boyu qoruyucu funksiyalı meşə kateqoriyasına aid edilmişdir.

Sətdar Səfərovun rəhbərlik etdiyi Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşə təsərrüfatını tələblər səviyyəsində idarə edir, meşə fondunun flora və faunasının qorunması üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

 

Oğuz yurdu qədim mədəniyyətə malikdir

 

Oğuzda 32 abidə bu gün dövlət tərəfindən qorunur. Kərimli ərazisində, Yaqublu kəndinin yaxınlığında yerləşən kurqanlar bu sahədə mühüm rol oynayır. Burada aparılan qazıntı zamanı əldə olunan maddi-mədəniyyət nümunələri eramızdan 1500 il əvvələ aiddir. Kurqanlardan tapılan bu nümunələr xalqımızın o vaxtlardan oturaq həyat sürdüyünü sübut edir. abidə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilib. İri ölçülü 12 metrlik kurqanın üstündə şəkili ustaların köməyi ilə cümbəz tikilib. Abidə turizm marşrutuna daxil ediləndən xarici qonaqların diqqətini özünə çəkməkdədir. Ümumiyyətlə, son illər Oğuzda turizm sektorunun inkişaf etdirilməsi məqsədilə kifayət qədər işlər görülür. Məhz həmin işlərin nəticəsidir ki, ötən il rayona gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 2,5 dəfə artıb. İl ərzində rayonun turizm potensialı, tarix və mədəniyyət abidələri, Oğuz qalaları, milli adət-ənənələr və yerli mətbəx haqqında müxtəlif verilişlər hazırlanaraq telekanallarda nümayiş etdirilib.Ulduz Baxışovanın rəhbərlik etdiyi Rayon Mədəniyyə və Turizm Şöbəsinin xəttiylə həyata keçirilən tədbirlər bu qədim diyarın yeni növrağının ölkə əhalisinə və respublikamızın qonaqlarına məhz olduğu kimi çatdırılmasını təmin edir.

 

***

 

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. bu müstəvidə də ölkə başçısının Rayon İcra Hakimiyyəti başçıları qarşısında qoyduğu əsas vəzifələrdən biri vətəndaşların problemlərinin, şikayət və təkliflərinin ədalətli həllidir. Prezidentin bu tövsiyələrini əldə rəhbər tutan Oğuz RİH fəaliyyətini sivil idarəetmə tələbləri səviyyəsində quraraq tez-tez vətəndaşlarla görüşlər keçirərək onların problemlərini operativ şəakildə həll edir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024