Sosial (1-11-2016, 11:45)
Ağcabədi: DSK sədrinin şirkətinə cinayət işi açılacaq? - Şok iddia
Ağcabədidə tender şirkətinə cianyət işi açıla bilər.
Mediatv.az xəbər verir ki, bu barədə Demokratiya.İnfo-ya verilən xəbərdə iddia olunur. Bildirilir ki, rayonun Taxtakörpü qəsəbəsində fəaliyyət göstərən “Təmir Tikinti Laçın” MMC-nin fəaliyyəti haqda Baş Prokurorluğa müraciət edilib
Prokurorluq tərəfindən araşdırma aparıldığını iddia edən qaynağın sözlərinə görə, şirkətin şübhəli maliyyə əməliyyatları və mənimsəmələri barədə dosye təqdim olunub.
Belə ki, MMC-nin direktoru Elbrus Səfərov rayonun Dairə Seçki Komissiyasının sədri olan qardaşı Hüseyn Səfərovla əlbir olub. DSK sədrinin himayədarlığı ilə müxtəlif maliyyə xəyanətlərinə yol verdiyi iddia olunur.
DSK sədri qardaşının tender şirkətinə havadarlıq edir və rayondakı bütün işlərin onun əli ilə görülməsiniə nail olur. Bu da büdcə yeyintisində məmurlarla əlbir olmaq üçün əlverişli imkan yaradıb.
Bildirək ki, Taxtakörpü qəsəbəsində laçınlılar müvəqqəti məskunlaşıb. “Təmir Tikinti Laçın” MMC də Laçın rayon İcra Hakimiyyəti, idarə və müəssisələrinin rəhbərlərini ələ alır. E.Səfərov rayonun bütün tenderlərini öz adına qalib elan etdirir.
Demokratiya.İnfo-ya verilən xəbərə görə, E.Səfərovun dindirilməsi gözlənilir.
Yada salaq ki, Ramazan bayramı ilə bağlı tədbirin təşkili və imkansız ailələr üçün ərzaq bağlamalarının satın alınmasına 8111,5 manat, sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına 12720 manat, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Laçın məcburi köçkünlərə xidmət göstərən vətəndaş mərasimləri binasının təmir işlərinin satın alınmasına 19910 manat xərcləndiyi açıqlanıb.
Bu işlərin hamısında “Təmir Tikinti Laçın” MMC tender qalibi elan edilib. Üstəlik, rəqəmlərin şişirdilmiş olması və mənimsənildiyi də göz qabağındadır. Bundan əlavə, cari təmir işlərinin satın alınmasına 9266,9 manat sərf olunub.
E.Səfərov Laçının Ağcakənddən olan sakini Babək Həsən oğlunun külli miqdarda pulunu mənimsəyib. Ondan qabaq da bir neçə sakin şikayət edib, amma təzyiqə məruz qalaraq geri çəkilib.
İndi də Babəkə hədə-qorxu gəlirlər. E.Səfərovun yeyintisi bununla bitmir. Şeylanlı kənd məktəbinin 3 finski otağına 17 min manat təmir adı ilə yazaraq mənimsəyib.
Qarşı tərəfi dinləməyə hazırıq.
