Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-09-2016, 11:30)
Laçında məmurun monopolist qardaşı dövləti talayır

 

Laçında məmurun monopolist qardaşı dövləti talayır
Ağcabədidə tender şirkəti hegemonluq edir. Rayonun Taxtakörpü qəsəbəsində fəaliyyət göstərən “Təmir Tikinti Laçın” MMC bütün işləri inhisara alıb

Mediatv.az xəbər verir ki, bu əsnada əldə olunan məlumata görə, şirkət monopolistə çevrilib və müəyyən qüvvələrin himayəsi ilə bazardakı digər şirkətləri sıxışdırıb. 
Bu da ciddi narazılıq yaradıb. Belə ki, MMC-nin direktoru Elbrus Səfərov rayonun Dairə Seçki Komissiyasının sədri olan qardaşı Hüseyn Səfərova arxalanıb. 
DSK sədri qardaşının tender şirkətinə havadarlıq edir və rayondakı bütün işlərin onun əli ilə görülməsiniə nail olur. Bu da büdcə yeyintisində məmurlarla əlbir olmaq üçün əlverişli imkan yaradır. 

Bildirək ki, Taxtakörpü qəsəbəsində laçınlılar müvəqqəti məskunlaşıb. “Təmir Tikinti Laçın” MMC də Laçın rayon İcra Hakimiyyəti, idarə və müəssisələrinin rəhbərlərini ələ alır. 

E.Səfərov rayonun bütün tenderlərini öz adına qalib elan etdirir. MMC tək bir il ərzində aşağıdakı bütün işləri özü görüb. 
Beləliklə, Ramazan bayramı ilə bağlı tədbirin təşkili və imkansız ailələr üçün ərzaq bağlamalarının satın alınmasına 8111,5 manat, Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına 12720 manat, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən Laçın məcburi köçkünlərə xidmət göstərən vətəndaş mərasimləri binasının təmir işlərinin satın alınmasına 19910 manat xərcləndiyi açıqlanıb. 

Bu işlərin hamısında “Təmir Tikinti Laçın” MMC tender qalibi elan edilib. Üstəlik, rəqəmlərin şişirdilmiş olması və mənimsənildiyi də göz qabağındadır. Bundan əlavə, cari təmir işlərinin satın alınmasına 9266,9 manat sərf olunub.

Taxtakörpü qəsəbəsində yaşayan ictimai fəal Şamil Həsənzadə Elbrus Səfərov haqda Feysbuk səhifəsində ilginc status paylaşıb. 

Onun sözlərinə görə, E.Səfərov Laçının Ağcakənddən olan sakini Babək Həsən oğlunun külli miqdarda pulunu mənimsəyib. 
Ondan qabaq da bir neçə sakin şikayət edib, amma təzyiqə məruz qalaraq geri çəkilib. İndi də Babəkə hədə-qorxu gəlirlər. E.Səfərovun yeyintisi bununla bitmir. Şeylanlı kənd məktəbinin 3 finski otağına 17 min manat təmir adı ilə yazaraq mənimsəyib.(politika.az) 

Qarşı tərəfi də dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024