Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-10-2016, 13:25)
Bakının daha bir ənənəvi problemi: Soyuqlar düşdü, qaz azaldı

Azərbaycanda havanın soyuması ilə bağlı qaz təchizatında ciddi problemlər yaranıb.

Mediatv.az xəbər verir ki, Virtualaz.org-un redaksiyasına Binəqədi, Xətai, Nərimanov, Suraxanı rayonlarında qazın verilişinin tamamilə dayandırılması və ya çox zəif təzyiqlə gəlməsi ilə bağlı xeyli şikayətlər daxil olub. Şikayətçilərin sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi (İB) qazın təzyiqini o qədər aşağı salıb ki, bununla nəinki ev qızdırmaq və yemək bişirmək, heç çaydanı qaynatmaq belə mümkün deyil. Qazın təzyiqinin aşağı olması, tez-tez yanıb sönməsi səbəbindən əhalinin evi qızdırmaq üçün istifadə etdikləri kombilər də yanaraq sıradan çıxır.

“Soyuqdan donuruq, bir həftədir, demək olar ki, qaz gəlmir. Evdə körpə uşaqlar var, yemək bişirə, çay qaynada bilmirik. Hələ yuyunmaqdan heç danışmıram. Qonşunun kombisi dünən yandı. Qaynar xəttə də şikayət eləmişik, heç bir xeyri olmayıb”, - deyə Binəqədi sakini Səmayə Əsgərova bildirir.

Bəzi ekspertlər isə yaranmış problemi anbara vurulan ehtiyat qazın ixraca yönəlməsi ilə əlaqələndirir. Onların sözlərinə görə, hər il bu vaxtlar yaranan problem ola bilsin onunla bağlıdır ki, havalar nisbətən yumşaq keçəndə əhaliyə verilən qazı azaldaraq anbara vururlar. Daha sonra əhalidən qənaət olunan həmin qaz ixraca yönəldilir.

Respublikada qazın təzyiqinin aşağı düşməsi və bəzi ərazilərdə isə ümumiyyətlə gəlməməsi ilə bağlı yaranan problemə aydınlıq gətirilməsi üçün “Azəriqaz” İB-lə əlaqə saxladıq. Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a açıqlamasında bəzi ərazilərdə təzyiqin azalması ilə bağlı edilən şikayətlərlə razılaşsa da, bunun müvəqqəti xarakter daşıdığını bildirdi. Onun sözlərinə görə, havalar qəfil soyuduqda qaz təchizatında təhlükəsizlik qaydaları qorunmaq şərtilə qazın təzyiqi artırılır:

“Bu elektrik enerjisi deyil ki, düyməni sıxan kimi artsın. Boruları doldurmaq müəyyən qədər vaxt aparır. Bəzi ərazilərdə problemlər yaşanıb. Bunlarla bağlı bizim qaynar xəttimizə xeyli müraciətlər daxil olub. Hansı ərazilərdən ki, müraciətlər daxil olub, o ərazilərə briqadalarımız gedib və tənzimləmə işləri aparıblar. Həmin proses bu gün də davam edir. Yaxın saatlarda çatışmazlıqlar yaşanan ərazilərdə problem aradan qaldırılacaq. Qazın verilişi ilə bağlı heç bir məhdudiyyət olmayacaq. Təbii qaza olan tələbat artdıqca, qazın verilişi də artırılır”.

“Azəriqaz” rəsmisinin sözlərinə görə, oktyabrın 15-də respublika ərazisinə təbii qazın verilişi 9 milyon 961 min kub metr olubsa, oktyabrın 16-da 11 milyon 154 min kub metr təşkil edib. Yəni 1 milyon 193 min kub metr artım olub. İ.Kərbəlayev bildirib ki, artımı hiss etməyən abunəçilər bu gün hiss edəcəklər. Çünki bu gün ərzində də ölkə ərazisinə verilən qazın həcmi artırılacaq.

“Tənzimləmə işlərini əvvəldən aparmaq mümkün deyildimi?” sualına gəlincə isə, İ.Kərbalayev bildirdi ki, digər komunal xidmətlərdən fərqli olaraq qaz təchizatında təhlükəsizlik qaydalarına riayət olunmaqla qazın verilişi artırılır. Birdən-birə boruları sıxıb qazla doldurmaq mümkün deyil.

Qeyd edək ki, “Azəriqaz” İB-in 104 və 185 nömrəli qaynar xətti şikayət və problemlərlə bağlı müraciətlər üçün nəzərdə tutulub.

шаблоны для dle 11.2

Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025