Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-10-2016, 12:34)
GDU rektorundan əcaib-qərar... - NARAZILIQ VAR...

GDU rektorundan əcaib-qərar...
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibovun əcaib qərarları tələbələri hiddətləndirib.

 

Mediatv.az xəbər verir ki, GDU-nun rektoru dəhlizdə ucadan danışan, zəngdən sonra auditoriyaya girən, mobil telefonlardan istifadə edən tələbələrə 50-100 manat civarında cərimə kəsib. Rektorun bu qərarından narazı olan tələbələr isə yaxın günlərdə aksiya keçirməyi planlaşdırırlar. Sayta verilən məlumatlarda qeyd edilir ki, belə qərar bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən qəbul edilib. Əslində Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənəd layihəsində tələbələrin universitet daxilində ümumi davranışını və tədris prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Lakin GDU-nun rektoru Yusif Yusibov bu qaydaları özünün şəxsi maraqlarına yönəldib. Maraqlısı isə odur ki, Yusif Yusibov GDU-da çalışan müəllimələri də özünün əcaib qanunlarının tətbiqinə sövq edib. Belə ki, Yusif Yusibov universitetdə nizam-intizam qaydalarını pozan tələbələr hər hansı müəllim tərəfindən müəyyən edilirsə həmin şəxsə rektor tərəfindən mükafat verilir. Mükafat isə qayda pozuntusuna yol vermiş tələbələrdən tutulan cərimənin 15 faizi müəllimin aylıq məvaciblərinə əlavə olunur. Qalan pullar isə Yusif Yusibov şəxsi "kassasına" daxil edilir. Aylıq məvacibləri az olan müəllimlər isə çalışırlar ki, universitetdə daha çox qayda pozuntusuna yol vermiş tələbə aşkarlasınlar. Qeyd edək ki, buna oxsar qərar bir müddət əvvəl Nazirlər Kabineti "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları"nı təsdiq edib. Görünür Yusif Yusibov da Cəncə Dövlət Universitetində tələbələr qarşı cərimə "protokolu" tətbiq etməklə özünün şəxsi büdcəsini doldurmaq üçün bu cür vasitələrə əl atıb. Məsələ ilə bağlı Cəncə Dövlət Universitetinin mövqeyini öyrənmək cəhdləri baş tutmadığından qarşı tərəfi dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024