Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-09-2016, 15:47)
«Nənəmin təndiri»ndə vergidən yayınma hallarına yol verilir

 

Etibar adlı iş adamının sahibi olduğu obyektdə anti-sanitariya hökm sürür

 

Mediatv.az:  Hazırda paytaxtın müxtəlif bölgələrində «Nənəmin təndiri» adı ilə tanınan təndirxanalar şəbəkəsi fəaliyyət göstərir ki, son zamanlar bu şirkətlə bağlı həm sadə vətəndaşlar, həm də ayrı-ayrı qurumlar arasında bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, adıçəkilən təndirxanalar şəbəkəsində yaşanan neqativ halların istehlakçıların ciddi narazılığına səbəb olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə qeyd olunur ki, bu şəbəkənin sahibi əslən Şəmkir rayonundan olan Etibar adlı iş adamıdır. Şəbəkəyə daxil olan təndirxanaların hazırda metronun «28 May», «Memar Əcəmi», «Elmlər Akademiyası» stansiyalarının yaxınlığında, Nərimanov rayonunda Ağa Neymətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində, yenə də Nərimanov rayonunda Ağa Neymətulla və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində yerləşdiyini bildirən mənbənin sözlərinə görə, «Nənəmin təndiri»ndə çalışan şəxslər müşərilərlə normal rəftar edə bilmədiklərindən daim satıcılarla alıcılar arasında mübahisə yaranır: «Nəzərinizə çatdırım ki, «Nənəmin təndiri»ndə müştərilərə təndirdə bişən çörək, balıq ləvəngisi, toyuq ləvəngisi və digər çeşidli məhsullar təklif edilir. Deyilənlərə görə, «Nənəmin təndiri»ndə bir çox təamlar keyfiyyətsiz olmaqla yanaşı, onların bişirilməsi zamanı sanitar-gigiyenik tələblərə əməl olunmur. Ümumiyyətlə, «Nənəmin təndiri» şəbəkəsinə aid olan təndirxanaların işində bir çox nöqsanlar aşkar müşahidə olunmaqdadır. İlk növbədə diqqəti çəkən cəhət burada işləyən personalın xarici görkəmlərinin heç də gigiyenik tələblərə uyğun olmamasıdır. Belə ki, qida sektorunda işləmələrinə baxmayaraq, qadın işçilərin başları örtüksüzdür. Həmçinin işçilər müxtəlif ev geyimlərində olmaqla üst paltarlarının kifayət qədər çirkli olmaları ilə diqqəti çəkirlər. Bir qədər də diqqətlə baxdıqda isə nisbətən yaşlı xanım işçilərin əlcəksiz əllərində tutulmamış dırnaqlar nəzərə çarpır. Bu isə məlum olduğu kimi müxtəlif infeksiya daşıyıcıları üçün ən əlverişli şərait deməkdir». Bu arada, mövzu ilə bağlı Gundelik-Baku.com olaraq əldə etdiyimiz informasiyalarda həmçinin, o da qeyd olunur ki, Etibar adlı iş adamının sahibi olduğu obyektdə yetkinlik yaşına çatmayan uşaqlar da bu və digər formada istismar olunur, qeyri-qanuni yollarla onların əməyindən istifadə edilir: «Hələ bu, harasıdır. Deyilənlərə görə, «Nənəmin təndiri» şəbəkəsinin vergi ilə bağlı sənədləri də qaydasında deyil. Belə ki, Etibar adlı iş adamının sahibi olduğu obyektdə müştərilərə kassa mədaxil qəbzi verilmir. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. İstənilən müştəri təsdiqləyə bilər ki, onlar «Nənəmin təndiri»ndən alver etdikdən sonra onlara ödədikləri məbləğin qarşılığında qəbz verilmir. Bu isə birbaşa vergidən yayınma, dövlət büdcəsinə ziyan vurmaq anlamına gəlir. «Nənəmin təndiri»nin fəaliyyəti ilə bağlı daha bir xoşagəlməz məqam isə obyektə gətirilən balıqların mənşəyi, saxlanma və nəql edilmə şəraiti, keyfiyyət sertifikatının mövcudluğu barədə heç bir məlumatın olmamasıdır. Təbii ki, bu da öz növbəsində sonda ağır fəsadlara səbəb ola bilər».

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025