Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-09-2016, 12:30)
USM aparatını baş həkim satıb? — ŞOK İDDİA

 USM aparatını baş həkim satıb? — ŞOK İDDİA

 

Balakən Mərkəzi Xəstəxanasının bir qrup işçisi Ölkə.Az-ın redaksiyasına müraciət edərək, baş həkim Hacıömər Nuriyevdən narazı olduqları məqamlardan danışıblar.

Tibb işçiləri iddia edirlər ki, Hacıömər Nuriyevrayonun bütün xəstəxanalarını və tibb məntəqələrini özəl biznes qurumu kimi çalışdırır. Balakənin ən varlı şəxslərindən hesab edilən baş həkim haqda daha sonra bunlar qeyd edilir:

"Səhiyyə ocaqlarında ən adi dərman pereparatları və tibb ləvazimatları tapılmadığı halda, elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəstələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar.

Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Lakin prezident Bakıya qayıdan kimi Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir".

Müraciətin başqa bir diqqətçəkən məqamı ondan ibarətdir ki, dövlət xəstəxanalarına verilən dərmanlar Nuriyevə məxsus özəl apteklərdə satılır.

Ölkə.Az sözügedən iddialarla bağlı baş həkim Hacıömər Nuriyevlə əlaqə saxlayıb. O, iddiaların əsassız olduğunu bildirib:

"Məgər aparat satıla bilən şeydirmi? Gah deyirlər üç arvadım var, gah deyirlər rüşvət alıram. Guya həkimlərdən faiz alıram. Azərbaycanda yeganə baş həkiməm ki, həkimlərdən faiz almıram".

Xatırladaq ki, Balakəndə Mərkəzi Xəstəxana ilə yanaşı 1 mərkəzi poliklinika, 1 qəsəbə xəstəxanası, 14 kənd həkim məntəqəsi və 16 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda Balakən Mərkəzi Xəstəxanasında Kardiologiya, Anesteziologiya və reanimasiya, Təcili və Təxirəsalınmaz yardım, Urologiya, Nevrologiya, Fizioterapiya, İnfeksion xəstəliklər, Laboratoriya, Otolorinqologiya, Narkoloji, Oftolmologiya, Təcili Tibbi Yardım, Terapiya Ultrasəs müayinəsi, Cərrahiyyə Rentgenolojiya, Funksional diaqnostika, Dəri-Zöhrəvi, Qadın məsləhətxanası, Pediatriya, Doğum şöbəsi, Ftiziatriya, Ginekologiya, və Stomotologiya şöbələri fəaliyyət göstərir.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024