Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (15-09-2016, 10:44)
Qarabağ əlillərinin qəniminə çevrilib... - Başçıdan narazılıq var

Qarabağ əlillərinin qəniminə çevrilib...
Sabunçu rayon İcra Hakimiyyətndə özbaşınalıq görünməmiş həddə çatıb.

Mediatv.az xəbər verir ki, “Gündəm xəbər” qəzetinə daxil olan şikayət də elə bu barədədir. Rayon sakininin qəzetimizə bildirdiyinə görə, özbaşınalıq o həddə çatıb ki, az qala vətəndaşlardan öz evlərində yer belləməyə, yatıb-durmağa da icazə (oxu: rüşvət) tələb olunur: “Belə çıxır ki, ölkədə icra hakimiyyətinin başında dayanan Prezidentin fərmanlarından, imzaladığı qanunlardan,verdiyi tapşırıqlardan Sabunçu rayon icra başçısı Adil Vəliyevin tabeçiliyində olan məmurlar xəbərsizdir. Odur ki, icra hakimiyyətinin " icazədar"larına ölkənin 1-ci şəxsinin 1 saylı sözünü xatırladırıq : "Bizim başlıca vəzifəmiz xalqa xidmət etməkdir və xalqın 1 saylı xidmətçi özüməm”. Qarabağ əlilinə 25 il qabaq Sabunçu rayonunda Ləhiş bağ massivində verilən bağ sahəsində koma tikməyə Sabunçu RİH-in" kommunxoz"u Həbib və təsərrüfat şöbəsinin müdiri İsa Həsənovun qohumlarından ibarət qoçu dəstəsi vasitəsilə mane olunub. Əlilin 3 maşın betonunu, digər materiallarını məhv ediblər ki, başçının tapşırığıdır. Fikir verin, gündüz qoyulan hörgünü bu icra reketləri gecə ilə söküb-dağıdıb, Qarabağ əlilinə 5 min manatlıq ziyan vurublar”. 
Rayon sakinləri bildirir ki, buna etiraz edən zavallı fəhləni isə "komunxoz" Həbib döyüb: “Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 "Qaynar xətti"nə də məlumat verilib. İcra reketləri tikintiyə icazə alınmasını tələb edirlər. Ölkənin 1-ci şəxsinin imzaladığı "Şəhərsalma və tikinti məcəlləsi"nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrində isə yazılıb ki, hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə tələb olunmur. Sabunçu RİH isə vətəndaşdan öz bağında ayaqyolu tikməyə də rüşvət tələb edir ki, icazə yoxdur. Belə icazə-rüşvət qaydaları bütün icra hakimiyyətlərində hökm sürür”. 
Qarabağ əlillərinin Sabunçu RİH qarşısında etiraz aksiyası keçirmək xəbərdarlığı ilə bağlı 05.09.2016-cı ildə Sabunçu RİH-ə çağırılan Qarabağ əlillərinə başçının 1-ci müavini Güloğlan Məmmədov "xox" gəlib ."Xox"un nədənini də təsərrüfat müdiri İsa Həsənov diqqətə çatdırıb. Heç demə, Qarabağ əlilinin Ləhişdəki bağ sahəsi Nardarana yox, Kürdəxanıya aiddir. Qəribə məntiqdir, indiyə kimi Nardaranda olan bağ icazə-rüşvət tələbinə rədd cavabı veriləndən sonra yerini Kürdəxanıya dəyişib? Lap tutaq ki, belədir. Bəyəm bu vətəndaşdan icazə adına rüşvət tələb etməyə, əlilə "buldozer xidməti" göstərməyə, fəhlələri döyməyə əsas verir? 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024