Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-09-2016, 21:14)
Lənkəranda 56 nəfəri zəhərləyən su xəttini kim çəkdirib?

 

Sentyabrın 5-də Lənkəran şəhərinin Daşdatük kəndində 56 nəfər zəhərlənmə diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilmişdi.  

Mediatv.az:  Aralarında iki nəfərin böyük olduğu xəstələrin əksəriyyəti 3-12 yaş arası uşaqlar idi. İlkin versiya onların sudan zəhərlənməsi idi.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi bir neçə gün sonra sudan götürülən analizlərin nəticəsini açıqladı və məlum oldu ki, zəhərlənmənin səbəbi həqiqətən də sudur. 

Mərkəzdən rəsmi olaraq bildirildi ki, su mənbələrindən götürülmüş nümunələrin laboratoriya nəticələrinə görə, kəndin bulağına çəkilmiş ikinci su xəttinin suyunda salmonellosis xəstəliyinin törədicisi olan salmonella bakteriyaları aşkarlanıb.

“Kəndin su təchizatını təmin edən birinci bulağa ikinci bulaq da qoşulub. İkinci bulağın götürüldüyü yer bataqlıq bir yerdir və açıq su hövzəsi hesab olunur. Bu su da təhlükəli sudur. Yağışlar da yağdığında ikinci su xəttinin suyu birinci su xəttinin suyu ilə qarışıb və kəndə bulanıq su gəlib. Əhali də bilmədə istifadə ediblər. İlkin ehtimala görə, əhali arasında salmonella xəstəliyi ola bilər” - deyə mərkəzin şöbə müdiri İmran Abdullayev mətbuata açıqlama verib.

Bəs zəhərli su xəttini kəndə kim çəkib? 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Qaynarinfo.Az-a bildirdi ki, Daşdatük kəndi təmsil etdiyi qurumun xidməti ərazisinə daxil deyil: “Bizim o kənddə heç bir şəbəkəmiz yoxdur”.

Daşdatük kənd bələdiyyəsinin sədri Kazım Məmmədov isə Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, kənddəki bulaqları camaat özü çəkdirir. “Həmin bulağı da kənd camaatı pul yığıb çəkdirmişdi” deyən bələdiyyə sədri bu haqda geniş məlumata malik olmadığnı bildirib. 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024