Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-08-2016, 12:12)
Yol İdarəsinin rəisi özündən şübhələnir: “... mən qatı cinayətkaram?”

 

 

 

Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi nə danışdığını özü də bilmədi

Mediatv.az: Bir müddət əvvəl(12.07.2016) Xaçmaz rayonunda yol infrastrukturu ilə bağlı yazımıza rayon ictimaiyyətindən reaksiya elə gözlədiyimiz kimi də oldu. Xatırladım ki, “Xaçmazın yol gözləyən yolları:Saleh Məmmədovun bunları bilməsi vacibdir” sərlövhəli yazıda Xaçmazın kəndlərarası və rayon mərkəzi küçələrinin bərbad durumundan yazmışdıq:

Xaçmazda yol problemi müəyyən özəllikləri ilə diqqəti çəkir. Bu özəllilklər isə Xaçmazın turizm bölgəsi olması ilə bağlıdır. Daha çox narazılıq doğuran Xaçmaz-Xudat-Nabran yoludur. Hansı ki, turistlər də məhz bu yolu görməli olurlar. Bundan əlavə rayonun mərkəzi və kəndlərarası yollarla da bağlı xeberinfo.com-a narazılıq dolu məlumatlar daxil olub.

Xatırladım ki, Xaçmaz-Xudat-Nabran və Xudat-Yalama yolu ilə bağlı bir müddət öncə də mətbuatda yazılmışdı. Hətta bu yolda illərdir həllini gözləyən problemin varlığını Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyev də etiraf etmişdir: "Yol tikintisində bir qayda var. Hər 10 ildən bir yol əsaslı təmir olunmalıdır. Elə yol var 8 ildən sonra əsaslı təmir olunur, elə yol var 12 ildən sonra. Bu yol 46 ildir ki, xalqımıza xidmət edir. Bu müddətdə bir dəfə də olsun əsaslı təmir olunmayıb. 1969-cu ildə ən ağır maşın “Kraz” idi. Onun çəkisi 12 ton, yük götürmə qabiliyyəti də 12 ton idi. Bu da ümumilikdə 24 ton edirdi. İndi yollarda yüklə birlikdə təxminən 60 ton ağırlığı olan maşınlar hərəkət edir. İndi yollarda intensivlik də artıb. Bu yol o vaxt inşa olunanda  həmin dövrün intensivliyinə uyğun layihələndirilib".

Təəssüf ki, bugünə qədər də, bu yollar “yaddan çıxmaqdadır”. Biz də bu səbəbdən Xaçmazda olub, müəyyən araşdırmalar da apardıq. Rayon sakinləri ilə söhbətimizdən məlum olur ki, dəfələrlə  Xaçmaz 5 saylı Yol İstismar İdarəsinə və digər dövlət qurumlarına müraciət etsələr də problemin həlli istiqamətində addım atılmır ki, atılmır.

Xaçmaz-Xudat-Nabran yolu məlum əhəmiyyəti baxımından diqqəti çəksə də, sıradan çıxmaqda davam edir. Nə vaxtsa vurulmuş yamaqların da ancaq yeri görünür. (Qasnağı qopmuş yara kimi.) Bu yolda maşın sürənin “bir əli cibində olmalıdır”. Əks halda bir gün yolun yarısında qalmalı ola bilər.

 

Xudat-Yalama yolunda isə vəziyyət fərqlidir: bu yolda təmir işləri aparılır.Həm də əsaslı.

M.Ə.Rəsulzadə küçəsi 

 

Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir
Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir

Rayonun mərkəz yollarının dərdi isə bir dastanlıqdır. Bəri başdan deyim ki, Xaçmaz son illərdə abadlaşan, müsbət mənada simasını dəyişən rayonlardandır. Təəssüf ki, rayon mərkəzində bir-iki prospektdən başqa yollar haqqında eyni sözü demək mümkün deyil.  Rayonun mərkəz sayılan küçələrindən biri də M, Ə. Rəsulzadə küçəsidir. Şəkildən də gördüyünüz kimi, küçənin bu halı təkcə adını daşıdığı şəxsiyyətə, küçə sakinlərinə sayqısızlıq deyil, həm də başqa-başqa nəsnələrdən xəbər veriri...

İ. Qayıbov küçəsində də eyni, bir az da daha acınacaqlı durumdur. Bu küçə ümumiyyətlə yaradılışından asfalt üzünə həsrət qalıb. Yayda toz-torpaq, qışda palçıq küçə sakinlərinin “öz dərdlərini yaddan çıxarır”.

İnanmaq istəmirik ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun bütün bunlardan məlumatı olmuş olsun. İnsafən son zamanlar bu qurum cənab Məmmədovun rəhbərliyi ilə ən işlək dövlət qurumlarından birinə çevrilib. Amma, Saleh Məmmədovun bunları da bilməsi vacibdir. Belə məlum olur ki, Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyev isə bu həqiqətləri ya bilmir, ya da bilmək istəmir. Rayon sakinləri də bilmirlər ki, Xaçmazda Yol İstismar İdarəsi varmı, yoxmu?

Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir

Daha sonra “Azəravtoyol” ASC-dən yazıda toxunulan faktlarla bağlı məlumat aldıq. Və bu məlumatı da yazıya əlavə etdik. Ardınca isə Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi İskəndər Hacıyevlə telefon əlaqəmiz alındı. (Yazı dərc olunmazdan əvvəl bu istiqamətdəki cəhdlərimiz nəticəsiz olmuşdur.) İskəndər müəllim hazırda müalicə olunduğunu deyib də, bir neçə gündən sonra yazdıqlarımıza aydınlıq gətirəcəyini bildirdi. Bir neçə gün bir aydan artıq oldu. Nəhayət idarə rəisi əməkdaşımızla telefon danışığında suallarımızı “cavablandırdı”: “Siz elə danışıb, yazırsız ki, mən özümdən şübhələnirəm. Elə bil mən qatı cinayətkaram, zadam. Mən müalicə olunuram, işimi görüm də...” Və sMənasız vəXaçmazın yolları kimi kələ-kötür nəsnələr.

Az-çox mediaya aidiyyatı olanlar üçün bu sayaq “cavab”lar heç də təəccüblü deyil. Təəssüf ki, bu ölkədə hələ də əksər səlahiyyət sahibləri, xüsusi ilə də əyalət məmurları ampulalarından ayrıla bilmirlər.

Xeberinfo.com

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024