Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-08-2016, 11:15)
Çovdarov icra başçısının 800 min manatını necə qaytaracaq?

Akif Çovdarov icra başçısının 800 min manatını necə qaytaracaq?

 

Müzəffər Baxış: “O, sübut etsə ki, ”bir həsirdi, bir Məmmədnəsir"..."

 

Mediatv.az:  Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə qarşı qanunsuz əməliyyatı haqda yazmışdıq. Aldığımız məlumatda qeyd olunurdu ki, A.Çovdarovun ziyan verdiyi məmurlardan biri də Əhəd Abıyev olub. 
Bu haqda ötən saylarımızın birində yazmışdıq. Qısaca xatırladaq ki, Daşkəsən rayonunun Qabaqtəpə kəndində körpü tikintisinin aparılması üçün tender elan olunub. A.Çovdarov rayondakı mənbələrindən tenderin qalibi olan iş adamının kimliyini, bankdan pulu nə vaxt çıxaracağını öyrənib. Şirkət rəhbəri və mühasibi Bakıya tikintinin aparılması üçün büdcədən ayrılan vəsaitin alınması məqsədilə gəliblər. Amma geri dönməyiblər. Sonradan məlum olub ki, iş adamını və mühasibi A.Çovdarovun qara maskalıları bankdan pulu çıxararkən qanunsuz şəkildə oğurlayaraq MTN-ə aparıblar.
Bundan xəbər tutan Ə.Abıyev məsələyə qarışıb. Sonra körpü tikintisi üçün ayrılan 800 min manatı tələb etməmək müqabilində Ə.Abıyev tender qalibi olan şirkətin rəhbərini, mühasibini azad etdirə bilib. Başıbəlalı körpü inşa edilib və ötən il dekabrın 24-də açılışı olub.
Eldar Mahmudov və onun dəstəsi “vurulandan” sonra Ə.Abıyev tender haqda məlumatların A.Çovdarova MTN-in yerli şöbəsinin rəisi tərəfindən ötürüldüyü qənaətini gizlətməyib. Deyilənə görə, bunu “MTN işi” üzrə istintaq aparan qrupun üzvlərinə də deməkdən çəkinməyib. 
Ə.Abıyevin ifadələri rəsmiləşdirilsə də, bu günə qədər dövlət büdcəsindən ayrılan 800 min manat geri qaytarılmayıb. 
 
Dövlət büdcəsindən ayrılan 800 min manatın qanuni şəkildə geri qaytarılması mexanizmi varmı? 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, bu fakt üzrə ittiham verilsə, bu halda istintaq orqanı iş adamını zərərçəkən kimi tanımalıdır. Bu şəxs həm də mülki iddiaçı kimi tanınmalıdır: “Fakt üzrə Akif Çovdarova ittiham veriləcəksə, həmin 800 min manatın Akif Çovdarovdan alınması və zərərçəkənə ödənməsi barədə mülki iddia cinayət işinin materiallarına əlavə edilməlidir. 
Əgər mülki iddia ibtidai istintaq dövründə verilməsə, amma fakt üzrə Akif Çovdarova ittiham verilsə, zərərçəkənlər məhkəmə istintaqı başlanana qədər pul vəsaitinin Akif Çovdarovdan alınması və onlara verilməsi haqda mülki iddia qaldıra bilərlər. Mülki iddia qaldırılandan sonra bu şəxslər məhkəmə tərəfindən mülki iddiaçı kimi tanınacaqlar. Mülki iddiaçılara 800 min manat ziyan dəyməsi sübutlarla təsdiqini tapacaqsa, A.Çovdarov haqda ittiham hökmü çıxarılarkən mülki iddiaya da qiymət veriləcək. İddia təmin edilə, baxılmamış saxlanıla və ya rədd oluna bilər. Hökmdə bu məsələyə münasibət bildirilir. Əgər baxılmamış saxlanacaqsa, mülki iddiaçılara izah olunacaq ki, iş bitəndən sonra A.Çovdarova mülki iddia qaldıra bilərlər".
 
Mülki iddiaçıların iddiaları təmin ediləcəyi təqdirdə Akif Çovdarov 800 min manatı ödəməkdən yayına bilər? 
M.Baxış deyir ki, A.Çovdarov əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq: “Pulu olmasa, 800 min manatı ödəməsi çətin olacaq. O, məhkum edildiyi cəzanı çəkib qurtarsa belə, həmin pulu ödəməlidir. 30 il müddətində ondan pul tələb oluna bilər. Bu müddətdə məhkəmə icraçıları ondan pulu tələb edəcəklər. Əgər desə ki, pulu yoxdur və onun ”bir həsir, Məmmədnəsir" olduğu bilinəcəksə, məhkəmə icraçıları görəcəklər ki, məhkəmə qərarını icra etməkdən qərəzli şəkildə boyun qaçırmır, bu halda 800 min manatın ödənməsinin təmin olunması mümkün olmayacaq. Yəni Akif Çovdarov 800 min manatı geri qaytarmayacaq". (Musavat.com)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024