Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-08-2016, 12:31)
Gəncədə səhiyyə xidməti lənətlənir: “onlara bu dünyada yaşamaq HARAM OLSUN!”

  Gəncədə səhiyyə xidməti lənətlənir: “onlara bu dünyada yaşamaq HARAM OLSUN!”
 

Mediatv.az xəbər verir ki, Xeberinfo.com-un Redaksiyasına Gəncə şəhər sakini Niyazov Niyaz Novruz oğlunun şikayət məktubu daxil olub. Müəllif məktubunda Gəncə şəhərində səhiyyə xidmətinin yarıtmazlığından bəhs edir və aidiyyatı ünvanları lənətləyir. İctimai əhəmiyyətini nəzərə alıb, məktubu olduğu kimi dərc edirik:

“Sizi Azərbaycanın GƏNCƏ şəhərindən salamlayıram.Səhiyyə Nazirliyi tamamilə ağ eləyir.Bu qədər onlara öz narazılığımızı yollayırıq və onlara şikayət yazırıq,heç veclərinə də deyil.Səhiyyə Nazirliyi bizləri İNSAN yerinə qoymur.Uzun müddətdir(2-3 il olar) ki,diabet xəstələrinin qanında şəkərin miqdarını yoxlamaq üçün lazım olan test çubuqlarını (OPTİUM aparatı üçün)tamamilə yollamırlar.Ancaq həmin test çubuqları aptekdə əvvəlkindən də xeyli baha qiymətə satılır.Əvvəl test çubuğunun birinin qiyməti 0.40 azn idisə,indi həmin test çubuğunun birini 0.75 azn-yə satırlar.Əgər test çubuqları ölkəmizə gətirilmirsə,bəs apteklər haradan alıb satırlar? Əgər doğrudan da gətirilmirsə,bəs niyə gətirilmir? Axı,diabet xəstəsi insulin vurmazdan əvvəl hər gün səhər tezdən qanda şəkərin miqdarını ölçməlidir.Test çubuğu vermirlərsə,bəs şəkərin miqdarını necə yoxlamalıdır? Test çubuğunu da ala bilmirik. Kasıbçılıqdır, heç evimizin yeməyini ödəyə bilmirik. Diabet xəstəsi olan həyat yoldaşım Niyazova Nurlana Əbili qızı Allah ümidinə yaşayır. Qanda şəkərin miqdarını yoxlamadan Allah ümidinə iynəsini vurur. Belə metodla davam etsə,günlərin bir günü beyqəfildən ölə də bilər.İnsulini gah verirlər,gah da bizə gərəklisi olmadıqda deyirlər ki,sizə o yox,bax bu yaxşıdır.Bu minvalla özlərinin işini yola verirlər.Səhiyyə Nazirliyi onlara tapşırıb ki,birtəhər yola verin,getsin.Yəni,kim harada ölür-ölsün.Onların nə vecinədir.Can onların deyil,ha! İynə vurmaq üçün şpritsləri gah 10-20 ədəd verir,gah da tez-tez deyirlər ki, yoxdur.Bir sözlə Azərbaycan Səhiyyə Nazirliyində demək olar ki,BAZARDIR. Onların işlərinə nəzarət yoxdur deyə özbaşınalıq baş alıb gedir.

Hörmətli,redaksiya rəhbərliyi,mən onlara necə təsir etmək lazım olduğunu tapa bilmədiyimdən sizə müraciət yazıram. Düşündüm ki,bəlkə siz bu yazını elə işıqlandırasınız ki,"GÖZƏL SƏHİYYƏ NAZİRLİYİMİZ"ə təsir edə.Onların da ağılları başlarına gələ və diabet xəstələrinin test çubuqlarını,dərmanlarını yollamağa başlayalar.Allaha and olsun ki,əgər pul olsaydı dərmanları özüm alardım və heç bu qədər narahatçılıq yaşamaz və yaratmazdım.Ancaq yazdığım kimi, pul tamamilə yoxdur.Bir az babat pulumuz olsaydı,onda biz də sakitcə dərmanları  alardıq.Səhiyyə Nazirinin heç nə vecinə deyil.Görünür ki,onların özləri tamamilə insanlıqdan kənarlaşıblar.Ona görə belə yazıram ki,mənim həyat yoldaşım və digərlərini insan yerinə qoymurlar.
Allah onların bəlalarını versin,inşaallah!
Bu dərmanların pulunu kimlər yeyib,üstündən də bir stəkan su içirsə,onlara bu dünyada yaşamaq HARAM OLSUN!
Insanların talelərilə oynayan Səhiyyə Nazirliyinin günahkar işçilərinə LƏNƏT yağdırıram!

Nəhayət ki, Səhiyyə Naziri və onun işçiləri anlamalıdırlar ki,bizlər də Azərbaycan vətəndaşıyıq,
bizlərin də yaşamaq HAQQI VAR!.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

Niyaz Niyazov

Gəncədə səhiyyə xidməti lənətlənir: “onlara bu dünyada yaşamaq HARAM OLSUN!”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024