Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-08-2016, 22:27)
“İnşaat və Konstruksiyalar” şirkəti Yasamal RİH başçısına məxsusdur?

MİS rəisi: “Bu şirkətin maraqlarını təmsil etməyi mənə İbrahim Mehdiyevin özü tapşırıb”

Bu günlərdə Sputnik.az xəbər vermişdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Sakinlər söküntü prosesinə, xüsusilə onlara məlumat verilmədən başlayan söküntüyə etiraz edirlər. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər. Bina sakini Mətləb Rəhimov bildirir ki, bina heç də qəza vəziyyətində deyil və sakinlər evlərini tərk etmək istəmirıər. Buna cavab olaraq, 22 s406570711aylı MİS-in əməkdaşları sakinləri işıq, qaz və sudan məhrum ediblər (sputnik.az). “Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri Kavkaznews.az-a Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də406570360 Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir. “Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

406571421“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa ƏləkbərovKavkaznews.az saytına bildirib. Başqa bir sakin Xatirə İsmayılovanın sözlərinə görə, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov ona təklif edib ki, mənzilini tərk edib kirəyə köçsün. Məmməd Hüseynov mənə “İnşaat və Konstruksiyalar” şirkəti adından aylıq 300 manat aylıq kirəpulu təklif edib”, – deyə Xatirə İsmayılova qeyd edib. Stop. Maraqlıdır, nəyə görə, “İnşaat və Konstruksiyalar” MMC-nin adından MİS rəisi aparır? “Evin söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Kirə mənzillər üçün pullar da şirkət tərəfindən verilir”, – deyə MİS rəisi Kavkaznews.az-a bildirib.

“Nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olan siz aparırsınız?” – deyə soruşduq. “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov cavab verdi.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024