Sosial (25-07-2016, 11:43)
Daha bir laçınlıdan icra başçısına sərt ittihamlar
İkinci qrup əlil Xudayarov Baxşeyiş Salyan oğlu yazır:
Möhtərəm cənab Prezident!
Biz Laçınlı məcburi köçkünlər uzun illərdirki hazırda Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı işləyən Z.Fərəcovun əsirliyindən xilas ola bilmirik. Belə ki, Laçına üçüncü başçıdır ki, Z.Fərəcovun diqtəsi ilə təyin olunur və həmin başçılarda rayonun bütün idarə və müəssisələrinə yalnız Z.Fərəcovun saxta diplomlu qohum əqrabasını işə qəbul edir. Təsəvvür edin ki, Z.Fərəcovun hesabına Laçın təhsilinin anasını ağlar qoymuş məhşur korrupsiyoner M.Vəliyev Z.Fərəcovun hesabına dahada yüksələrək Təhsil Nazirliyinin Tərtər 10 saylı regional idarəsinin rəisi vəzifəsinə yüksəlmişdir. Bu azmış kimi Z.Fərəcov bütün ləyaqətli Laçın ziyalılarını təhqir edərək hərbi xidmətdən yayınmış və saxta diplomla pillə-pillə yüksələrək, Laçın Rayon İcra Hakimiyyətində 16 il kreslo zanit edən A.Nəzərlini Laçına başçı təyin etdirmişdir. Mən hesab edirəm ki, Azərbaycan respublikasının Möhtərəm cənab Prezidenti İlham Heydər oğlu Əliyev bilsə ki, A.Nəzərli ermənilərlə işbirliyinə görə yaxalanmış və sabiq MTN-nin şefi E.Mahmudovun əli ilə azadlıqa buraxılmış Vaqif Cabbarovun yeznəsidir belə bir sərəncama imza atmazdı.
Digər bir tərəfdən, Aqil Nəzərli rayonu idarə edə bilmədiyi üçün bütün səlahiyyətlərini qardaşı Nəzərli Müqabilə və yaxın qohumu, qocaman korrupsioner Murad həkimə həvalə edib. Bu iki şəxsə rayonda şıdırğı kadır alverinə start verib. Vəziyyət o həddə çatıb ki, vəzifələrə qəbul olunacaq adamların təhsili və bacarıqı nəzərə alınmır. Yalnız maddi imkanları geniş olan insanlar vəzifə başına gətirilir. Hətta A.Nəzərlinin prodüserləri Laçın təhsilinin başına mühasibi təyin etmək uğrunda çırmanıblar. Vəziyyət o həddə çatıb ki, saxta diplomlu icra başçısı narazı vətəndaşları sosial şəbəkələrdə şantaj etdirir. A.Nəzərli və qardaşı M.Nəzərli bəzi əqidəsiz insanlara maddi yardım edərək, Calal Zeyidoğlu adı ilə Laçının vicdanlı ziyalılarını təhqir etdirir.
Möhtərəm cənab prezident!
Odur ki, Sizdən Xahiş edirik haqq səsimizə səs verib, bizi bu bəladan qutarasınız.
Tel:050-741-30-96
