Sosial / Slayd (21-06-2016, 18:11)
Laçının icra başçısı camaatın üzərinə buldozerlə gedir
Aqil Nəzərli əhalini unudub, başı kadr dəyişikliyinə və pul qazanmağa qarışıb, ona görə də qəribə qərarlar verir
Mediatv.az xəbər verir ki, Laçının yeni icra başçısı Aqil Nəzərli hələ Akif Səlimov işdən çıxarıldıqdan sonra səlahiyyətləri icra edərkən belə rayon camaatının halına yanmayan adam kimi ad çıxarmışdı. Politika.Az xəbər verir ki, hələ ötən gün bir qrupp Laçın qaçqını ölkə mətbuatına müraciət edərək, düşdükləri durumdan bəhs etmişdilər. Onlar bildirmişdilər ki, icra başçısı Aqil Nəzərli onların vəziyyəti ilə maraqlanmır və düşdükləri durumdan dolayı nə edəcəklərini bilmirlər.
Qeyd edək ki, bu yazıdan sonra Laçının İcra Hakimiyyəti ciddi şəkildə narahat olsa da, məsələni ədalətli şəkildə həll etmək yerinə hədə-qorxu dilində danışmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, Aqil Nəzərlinin başı hazırda kadr dəyişikliyinə və pul qazanmağa qarışdığından belə məsələlərlə bağlı qərarlarında ciddi səhvlərə yol verir. Elə bu səbəbdəndir ki, onun haqqında şikayətçi düşmüş Laçın sakinlərinin üzərinə buldozerlə getməyi tapşırıb. Bundan sonra ondan şikayət edənlərə qarşı da belə davranmağı tələb edib.
Bildirək ki, Aqil Nəzərlinin bu tələbini Laçından olan məmurlar yerinə yetirməyiblər. Onlar üzdə «baş üstə» desələr də, belə bir addımın atılmasının rayonda dəhşətli vəziyyət yarada biləcəyini yaxşı anladıqlarından üzərlərinə getmirlər. Ona görə də, maksimum dərəcədə verilən qərarları ütülü şəkildə icra etməyə çalışırlar.
Rayon camaatı deyir ki, əgər Aqil Nəzərli bu şəkildə davam edərsə, onun üzün müddət vəzifə başında qala biləcəyi inandırıcı deyil.Politika.Az-a danışan sakinlərin bildirdiyinə görə, yeni icra başçısının əhali ilə əvvəlkilər kimi davranması mahiyyət etibarı ilə etirazların başlanmasına gətirib çıxaracaq. Ona görə ki, onlar artıq mövcud şəraitə, məmur özbaşınalığına dözə bilmirlər. Vəziyyətin dəyişməsini tələb edirlər.
Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq