Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-06-2016, 21:47)
“Azərişıq”da tender maxinasiyaları

“Azərişıq”da tender maxinasiyaları

 

Son vaxtlar “Azərişıq” ASC-nin sədri Baba Rzayevin adı ölkə mətbuatında ardıcıl olaraq, müxtəlif maliyyə qalmaqallarında səsləndirilməkdədir.

Mediatv.az:  Müxtəlif mənbələr tərəfindən təqdim olunan açıqlamalarda isə, həm ASC-nin yarıtmaz fəaliyyətinə, həm də Baba Rzayevin öz işində yol verdiyi ciddi qanun pozuntularına dair konkret ittihamlar irəli sürülməkdədir.

 

O cümlədən, qəzetimizin ötən saylarında biz də bu xüsusda aldığımız məlumatlara əsasən bir neçə tənqidi material dərc etmişdik. Həmin yazılarda, “Azərişıq” ASC-nin fəaliyyətindəki qüsurlar baxımından, rayonlarda aparılan kabelləşdirmə işində yol verilən müxtəlif maxinasiyalardan, şəxsən Baba Rzayevin fəaliyyəti barədə isə, “Santral Elektrik LTD” şirkətinin inhisarçıya çevrilməsi prosesindən bəhs olunmuşdu.

Belə ki, bir müddət əvvəl bizimdovr.az-a daxil olan məlumatlarda “Azərişıq” ASC-nin regionlarda kabelləşdirmə işini həyata keçirən müəssisənin fəaliyyətində ciddi qanun pozuntularına yol verildiyi xəbər verilirdi. Məlumatı təqdim edən mənbə bildirmişdi ki, hələ aprel ayında 58 rayonda bu işləri icra edən MMC-nin rəhbəri Toğrul müəllimdir. Faktiki olaraq isə, müəssisənin fəaliyyəti direktorun müavini Musa müəllim tərəfindən idarə olunur. Mənbənin deməyinə görə, bu şəxslərdən heç biri ixtisasca energetik deyil.

 

Buna baxmayaraq, “Azərişıq” ASC-nin sədri cənab Baba Rzayev tərəfindən regionlarda elektrik xətlərinin kabelləşməsi işi nəyə görəsə, məhz bu müəssisəyə həvalə olunub. Açıqlamalarda vurğulanmışdı ki, MMC-nin rəhbərləri görülən işlərin gedişində faktiki olaraq fəhlələrin istismarına yol verir.

 

Açıqlamada deyilirdi ki, MMC bazadan alınan mal-materialı ərazi sahə rəislərinin xəbəri belə olmadan, öz mühasibatlığında “silməklə” məşğuldur. Dövlətin bu işlərə ayırdığı milyonlarla vəsaitlər bu yolla Toğrul və Musa tərəfindən mənimsənilir. Ucuz qiymətə yerli topdansatış nöqtələrindən alınan materiallar guya ki, xarici tədarükçülərdən alınmış kimi, ən baha qiymətə “silinir”. Bundan başqa, işlərdə çalışan fəhlələrin heç biri ilə əmək müqaviləsi bağlanmır.

Lakin, bu günlərdə ölkə mətbuatında növbəti təfərrüatlarla zənginləşdirilmiş formada yenidən gündəmə çıxarılan digər bir mövzu, bizim bir neçə ay öncə toxunduğumuz “Santral Elektrik LTD” mövzusu ilə daha münasib şəkildə uzlaşır.

 

Xatırladaq ki, həmin vaxt dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, Baba Rzayev bu gün ölkənin elektrik təminatı, eləcə də elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasını tam şəkildə öz nəzarətində saxlayır. Uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərən və artıq inhisarçıya çevrilmiş “Santral Elektrik LTD” şirkətinin isə, səhmlərinin böyük bir hissəsi “Azərişıq” ASC-nin sədrinə, yerdə qalanı da, onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.

 

Məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, Baba Rzayevin sahibi olduğu şirkət, təxminən 13 il bundan əvvəl rəsmi qaydada qeydiyyata alınıb və elə həmin gündən etibarən ölkə ərazisində elektrik məhsullarının satışını inhisara alıb. Baba Rzayev əlaqələrini işə salaraq “Santral Elektrik LTD” şirkətini qısa müddət ərzində monopolist mövqeyə gətirib. Belə ki, fəaliyyətə başladığı ilk illərdə adıçəkilən LTD digər şirkətləri sıxışdırmağa, müxtəlif yollarla onları bazardan çıxarmağa başladı və sonda bu işi tamamlamış oldu. Bu gün artıq sözügedən sahə demək olar ki, tamamilə “Santral Elektrik LTD”-nin nəzarətindədir və elə buna görə də şirkət qiymətləri özü istədiyi formada tənzimləyir.

 

Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Baba Rzayev yeni vəzifəsinə təyinatdan sonra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib. Məhz “Santral Elektrik LTD” bu gün dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur.

 

Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir. “Azərişıq” ASC-yə rəhəbrlik etdiyi ilk dönəmlərdən başlayaraq bu sahədəki tender bazarında da ancaq özü ilə hansısa formada əlaqələrin olduğu şirkətlərə üstünlük verən Baba Rzayevin bu yolla qazandığı milyonların hesabatını aparmaq çətindir.

Lakin bir müddət sonra o, qardaşının yerinə qaynı İlham Həsənovu təyin edib. Bundan sonra Baba Rzayev bütün diqqətini biznesinin genişləndirilməsinə yönəldib və bir sıra yollara baş vurmaqla dövlət sifarişlərinin icrasının “Santral Elektrik LTD”yə həvalə olunmasına nail olub. Bu gün “Azərişıq” ASC-nin əksər sifarişləri məhz “Santral Elektrik LTD” tərəfindən həyata keçirilir. Bu işdə isə, Baba Rzayevə onun “Azərişıq”dakı ən yaxın adamı, sağ əli, etibarlı kadrı hesab olunan Əli müəllim yaxından köməklik göstərir.

Belə ki, həmin şəxs elan olunan tenderlərin ASC sədrinin nəzarətində olan şirkətlərə həvalə olunmasına, eyni zamanda ölkə üzrə tikinti layihələri, kadr məsələləri, avadanlıqların alınması, yararsız avadanlıqların isə istifadədən çıxarılması kimi önəmli məsələlərə rəhbərlik edir. Bir sözlə, bu gün “Azərişıq” ASC-də külli ixtiyar sahibinə çevrilib. Maraqlı məqam ondadır ki, büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri də “Santral Elektrik LTD” ilə təkcə eyni ünvanı bölüşmür.

 

Bu şirkətlərin təsisçi və rəhbərləri də Baba Rzayevin ən yaxın adamlarıdır. Baş verənlərin mahiyyətini daha aydın şəkildə anlamaq üçün isə, 2015-ci ildə elan olunan tenderlərin məbləğlərinə və qaliblərin siyahısına nəzər yetirmək məqsədəuyğun olardı: Sifarişçi: “Azərişıq” ASC – mühərrik yağlarının satın alınması – 7112,00 manat – qalib: “Aqşin-88” MMC; Sifarişçi: “Azərişıq” ASC – yazı lövhələrinin satın alınması – 7239,87 manat – qalib: “Poliqram-ST” MMC; Sifarişçi: “Azərişıq” ASC – müxtəlif tikinti materiallarının satın alınması – 11026,37 manat – qalib: “SMTT-2012” MMC; Sifarişçi: “Azərişıq” ASC – müxtəlif muftaların satın alınması – 14325,84 manat – qalib: “STS-Universal” MMC; Sifarişçi: “Azərişıq” ASC – ciddi hesabat blanklarının

satın alınması – 16756,00 manat – qalib: “Qlobus-Print” MMC; Sifarişçi: “Azərişıq” ASC – müxtəlif malların satın alınması – 11944,64 manat – qalib: “Texnostandart” MMC; Sifarişçi: “Azərişıq” ASC – müxtəlif markalı kabellərin satın alınması – 41711,41 manat – qalib: “Göknur-Bakı” Ltd; Sifarişçi: “Azərişıq” ASC – dəftərxana mallarının satın alınması – 9336,00 manat – qalib: “R&K Group” MMC; Sifarişçi: “Azərişıq” ASC – möhür və ştampların satın alınması – 15030,00 manat – qalib: “F-Ticarət” MMC”; Sifarişçi: “Azərişıq” ASC – dəftərxana mallarının satın alınması – 30940,11manat – qalib: “Poliqram-ST” MMC; Sifarişçi:Azərişıq ASC: – elektrik mallarının satın alınması – 24789,15 manat – qalib: “Ekonom-Bines” MMC; Sifarişçi: “Azərişıq” ASC – endeksor lentinin staın alınması – 36167 manat – “Poliqram-ST” MMC; Sifarişçi: “Azərişıq” ASC – təsərrüfat mallarının satın alınması – 5241,11 manat – “Poliqram-ST”...

Əlbəttə ki, bu siyahını hələ çox uzatmaq da olar. Lakin bütün bu məlumatlar özü-özlüyündə sadə oxucu üçün elə böyük əhəmiyyət kəsb etməyə də bilər. Məsələ bundadır ki, yalnız ASC-nin daxilində olan mənbələr bütün bu rəqəmlərin, əgər belə demək olarsa, şərti olduğunu bilir.

 

Daha doğrusu, göstərilən məbləğlər tamamilə real pul vəsaitləri olsalar da, onların müqabilində hansısa materialların alınması yalnız sənəd üzərində həyata keçirilib. Bütün bu maxinasiyaları isə təbii ki, kənar şəxslərlə həyata keçirmək demək olar ki, mümkünsüzdür. Məsələn, daxil olan məlumatlarda iddia olunur ki, bir ildə “Azərişıq” ASC-yə kompüter avadanlıqlarının alınması üçün 9-10 dəfə tender elan olunub.

 

Hər dəfə də bu tenderlərin qalibi eyni şirkət, “Bizness-Kommers” MMC olub. İl ərzində bu şirkətin hesabına köçürülən ümumi məbləğ isə, 200 min manat civarında olub. Bir daha xatırladaq, bu məbləğ yalnız bir il ərzində, həm də sadəcə bir sahəyə, “kompüter avadanlıqlarının alınmasına” sərf olunub. Belə olduğu halda, “Azərişıq” ASC-nin elan etdiyi tenderlərdə hər il milyonlarla büdcə vəsaitlərinin necə silindiyini təsəvvür etmək heç də çətin olmaz.

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024