Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (20-06-2016, 20:57)
Abşeron rayon Çaylı kənd orta məktəbində növbəti biabırçılıq

 

Abşeron rayon Çaylı kənd orta məktəbində növbəti biabırçılıq
Adı olub özü olmayan müəllim və şagird məktəbi
Xatırladaq ki, yeni təhsil naziri Mikayıl Cabbarov təhsildə “al gülüm, ver gülüm” ənənəsi ilə mübarizə aparmağa çalışır. Amma bu mübarizə müəllimlərin sədaqət andından və direktorlara xəbərdarlıqdan kənara çıxmır. Təhsil Nazirliyi bir müddət əvvəl mətbuat vasitəsilə direktorlara xəbərdarlıq etdi ki, hansısa bayramlarla bağlı pul alan müəllim və direktorlar cəzalandırılacaq, onlar işdən çıxarılacaq. Lakin nazirlik onu da deməyi unutmadı ki, yalnız ünvanlı müraciətlərə, yəni etdiyi şikayətlərin ardında dayanmağı bacaran valideynlərin şikayətinə baxılacaq. “Qaynar xətt”ə müraciət edənlər adlarını, məktəbin adını dəqiq söyləməlidir. Yoxsa bu şikayət müəllimin nüfuzuna xələl gətirən yalan, iftira kimi bir kənara atılacaq. Mikayıl Cabbarovun pul yığımları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, hələ də respublikanın bəzi məktəblərində köhnə ənənələr davam etdirilməkdədir. Abşeron rayonu Çaylı kənd tam orta məktəbində özbaşınalıq pik nöqtəyə çatıb. Bu barədə Azia.az saytına məktəbin müəllimlərindən biri məlumat verib. Təhsil Nazirliyi orta məktəblərdə davamiyyət problemini həll etmək istəyir. Amma hansı yolla?
Nazirliyin saytında yer alan məlumatda bildirilir ki, ucqarlarda yerləşən orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər yerli təhsil orqanları və digər aidiyyətli təşkilatlarla birgə aparılacaq. Xatırladaq ki, TN şagirdlərin davamiyyəti problemini bir müddət öncə də gündəmə gətirmişdi.Verilən məlumata görə, sözügüdən məktəbdə şagirdlərin məktəbdən yayınmasının birinci səbəbi təlim prosesinin zəifliyi, müəllimdən lazımi səviyyədə bilik ala bilməməsi, tədrisin aşağı səviyyədə olması, ikincisi, ümumtəhsil məktəblərinin şagirdlərini müxtəlif tələblərlə məktəbdən küsdürmələridir. Səbəblər bunlardır. Bildirilir ki, müəllimlərin bilik səviyyəsi çox aşağıdır. Şəxsi tədris planları yoxdur. Əvvəllər m üəllimdən plan tələb olunurdu ki, görək dərsdə bu gün nədən danışacaq. Müəllimlərin metodiki hazırlığı çox zəifdir. Əksəriyyəti başdansovdu dərs keçir. Şagird məktəbdə dərs vaxtı müəllimdən bilik ala bilmir. Məcburdur, dərsdən sonra başqa müəllimin yanına getsin. Ya da əlavə saatda tədris müəllimi ilə məşğul olsun. Valideyn də belə vəziyyətdə haqlı olaraq düşünür ki, uşaq niyə məktəbdə vaxtını boş yerə keçirməlidir. Onun əvəzinə repititor yanında dərs öyrənər. Ona görə də uşaqları məktəbdən yayındırıb repititor yanına göndərirlər. Bir sinifdə xəstəlik, ya başqa, hansısa qəfil səbəbdən bir-iki, uzaq başı 3 şagird dərsə gəlməz. Amma bir sinifdə 10-15 nəfər dərsdə iştirak etmirsə, bu, artıq xəstəliklə bağlı deyil. Deməli, bu uşaqlar dərs vaxtı harasa başqa yerə gedirlər. O başqa yer də, birinci halda repititordur, ikinci halda, ümumiyyətlə, dərsdən yayınmaqdır. Mənbənin məlumatına görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim nəsə ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır. Verilən bilgiyə görə, bu məktəb Abşeronda ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Belə ki, məktəbdə yuxarı sinif şagirdlərinin bir neçəsi ümumiyyətlə məktəbin yerini belə bilmir. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla «anlaşıb» aylığa çıxması bu düyünün əsl açarıdır. Şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, İlahə Murquzova fəaliyyətində ciddi nöqsanlara yol verir. Məsələn, ara-sıra Çaylı kənd orta məktəbində çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, təəssüflər olsun ki, bu hal baş vermədi. Sözügüdən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Vəfa Əliyeva
P.S. Fizika müəlliməsi Humay, coğrafiya müəllimi Elman və adlarını sadalamadığımlz müəllimlərin və şagirdlərin kimliyi barədə araşdırmamızdan sonra biləcəksiniz. Hətta biləcəksiniz ki laboratoriya kimi bağlı qalmış qapıya 3 ildir niyə qıfıl vurulub.
azia.az

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024